Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Göyçayda taxıl biçini uğurla davam etdirilir

Göyçayda taxıl biçini uğurla davam etdirilir


Göyçay rayonunda taxıl biçini kampaniyası uğurla davam etdirilir. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən verilən məlumata görə, göyçaylı fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul götürəcəklərinə əmindirlər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər.



Ötən bir həftə ərzində rayonda 2500 hektar sahədən taxıl biçilib. Bu il rayonun kəndli fermerləri öz təsərrüfatlarında 15 min 254 hektar sahədə taxıl becəriblər. Bunun 8467 hektarını buğda, 6787 hektarını arpa təşkil edir. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib. Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olacaq.



Bu il taxıl biçininə Göyçay və ətraf rayonlardan 55 ədəd müxtəlif markalı kombayn və 45 ədəd yük maşını cəlb olunub. Rayonda taxılın vaxtında və itkisiz yığılması məqsədilə məhsul istehsalçılarının taxılyığan kombayn və digər kənd təsərrüfatı texnikaları ilə tələbata uyğun təmin edilməsinə kömək göstərilməsi üçün operativ işçi qrupu yaradılıb.



Bu il rayonda kombayn çatışmazlığı probleminin olmayacağını və fermerlərin məhsulunun vaxtında biçilərək təhvil veriləcəyini bildirən rayon icra hakimiyyətinin məsul işçisi Mahir Məlikov qeyd edibi ki, hava yağmursuz keçərsə arpa biçini kampaniyasının iyunun 25-dək, buğda biçininin isə gələn ayın ortalarınadək başa çatdırılması planlaşdırılır. Həmçinin mexanizator və kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılıblar.


Teqlər:
Bu xəbər cəmi 990 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR