Bolqarıstanın məşhur “Qızıl qum” kurortunda, Varna yaxınlığında mükafat fondu 40 min avro olan “Grand Europe Chess Open” kateqoriyalı “Qızıl qum - 2014” beynəlxalq şahmat turniri davam edir. Turnirdə 34 ölkədən 174 şahmatçı, o cümlədən üç azərbaycanlı şahmatçı iştirak edir.
Azərbaycanın nümayəndəsi Müşviq Əsgərov ənənəvi turnirin üç turunu iki qələbə ilə başa vurmuşdur. Eldar Musayev və Nailə Bəşirlinin aktivində 1,5 xal vardır. Üç turdan sonra hərəyə 3 xal toplayan səkkiz oyunçu irəlidədir.
Dördüncü turda ağ fiqurlarla oynayan M.Əsgərov ukraynalı Martina Kravtstiva, E.Musayev moldovalı Mariana Barasiant ilə qarşılaşacaqlar. N.Bəşirinin rəqibi bolqar şahmatçı Nikola Spiridonov olacaqdır.
Üçüncü dəfə keçirilən bu turnirin qalibi 6 min dollar, ikinci və üçüncü yerləri tutan şahmatçılar müvafiq olaraq 4,5 və 3,2 min dollar mükafat alacaqlar.
Turnir iyunun 18-dək davam edəcəkdir.