Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda bu şəxslər üçün avtobuslar pulsuz olacaq

Bakıda bu şəxslər üçün avtobuslar pulsuz olacaq
Bakıda I Avropa Oyunlarında ictimai nəqliyyatdan pulsuz istifadə edəcək şəxslərin kateqoriyası açıqlanıb


Akkreditasiya olunmuş qonaqlar, könüllülər, xidmət personalı, həmçinin Bakı-2015 İlk Avropa Oyunları yarışlarına giriş biletinə malik tamaşaçılar ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.

 Yenimeydan.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Bakıda keçirilən "Yol və yeraltı infrastruktur - urbanizasiya problemlərinin həlli yolları" adlı konfransda Bakı - 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin rəhbəri Panayotis Protopsaltis deyib.

 O qeyd edib: "Bizə 900 avtonəqliyyat vasitəsi - avtobus və minik avtomobilləri - lazım olacaq. Bundan başqa, 2 min sürücüyə ehtiyacımız var. Bu rəqəmlərə nəzər salarkən, niyə I Avropa Oyunlarını meqatədbir adlandırmağımız başa düşülür".

 P.Protopsaltis bildirib ki, bu avtonəqliyyat vasitələrinin sürücülərinin təlimi üçün dekabrın əvvəlində xüsusi mərkəz yaradılacaq. Oyunlar başa çatdıqdan sonra mərkəz peşəkar sürücülər hazırlamağa davam edəcək.

 Departament rəhbəri deyib ki, hazırda Dənizkənarı Milli Park, hotellər, Dövlət Bayrağı Meydanı, idman və digər obyektlər arasında nəqliyyat əlaqələrinin qurulmasını nəzərdə tutan vacib yenilikçi konsepsiya üzərində iş davam edir: "Yüksək səviyyədə xidmət göstərmək üçün 360 nəfərlik tutumu olan iki yeni sərnişin gəmisindən istifadə edəcəyik. Bundan başqa, yüksəkvəzifəli qonaqları Dənizkənarı Milli Park boyunca daşıyacaq elektrik mühərrikli avtobuslardan istifadə etməyi planlaşdırırıq".

O vurğulayıb ki, qeyd olunan tədbirlər Neftçilər prospektində nəqliyyat yükünün artmasına imkan verməyəcək.


Teqlər:
Bu xəbər cəmi 1625 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR