Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

43 sahibkara 808 min manat güzəştli kredit verilib

43 sahibkara 808 min manat güzəştli kredit verilib


Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunun Şahnəzərli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.Əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Şabranda reallaşdırılması məqsədəuyğun hesab edilən nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.



Forumdan əvvəl Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin güzəştli krediti hesabına Şabran rayonunun Gəndob kəndində 50 ha ərazidə salınmış müasir üzümçülük təsərrüfatına və tutumu 10 min ton olan logistik mərkəzin fəaliyyətinə baxış keçirilib.



Ümumilikdə, 70-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, intensiv üzümçülük təsərrüfatlarının və plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.



Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 2246 sahibkara 118,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.



Ümumilikdə, indiyədək Şabran rayonundan olan 92 sahibkara 20,6 milyon manat güzəştli kreditlər (bu gün verilmiş kreditlər də daxil olmaqla) verilmiş və bu kreditlər hesabına 1100-dən çox yeni iş yerləri yaradılıb.



İşgüzar forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 43 sahibkar 808 min manat güzəştli kredit alıb. Bu kreditlər əsasən, heyvandarlıq, üzümçülük, meyvəçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Həmin kreditlərin hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.


Teqlər:
Bu xəbər cəmi 1420 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR