Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

TƏHLÜKƏ! Maşını "xolostoy" sürənlər mütləq oxusun

TƏHLÜKƏ! Maşını
Qanun nəqliyyat vasitəsini ətalətlə idarə etməyi qəti qadağan edir, çünki…


Bəzi sürücülərin avtomobili idarə edərkən yol verdikləri təhlükəli səhvlərdən biri avtomobili ətalətlə («xolostoy») idarə etməkdir. Avtomobili ətalətlə idarə etmək onun mühərrikin gücü hesabına deyil, ağırlıq qüvvəsinin təsiri altında və ya əvvəl yığdığı sürətin hesabına hərəkət etməsidir. Ətalətlə həm mühərriki söndürülmüş, həm də mühərriki işləsə də, ötürmələr qutusunda neytral vəziyyət seçilmiş avtomobil hərəkət edə bilər. Yol hərəkəti qaydaları nəqliyyat vasitəsinin mühərrikini söndürərək onu ətalətlə idarə etməyi qəti qadağan edir. Çünki belə vəziyyət son dərəcə təhlükəlidir. Məsələ burasındadır ki, müasir nəqliyyat vasitələrinin mühərriki işləmədikdə tormoz sistemi, sükan idarə mexanizmi, bəzi digər mühüm aqreqat və mexanizmləri ya tamamilə qeyri-işlək olur, ya da çox zəif işləyir. Ona görə də mühərriki söndürülərək ətalətlə hərəkət edən avtomobil sürücü olsa da, idarə edilməyən avtomobildir. Hətta müəyyən texniki səbəbdən (məsələn, yanacaq qurtardığına görə) avtomobilin mühərriki qəflətən sönərsə, həmin avtomobili təhlükəsizliyə riayət etməklə dərhal dayandırmaq lazımdır. Belə avtomobili ən qısa məsafədə də ətalətlə idarə etmək son dərəcə risklidir və buna yol verilməməlidir. Mühərriki sönmüş avtomobili ən uzağı yolun hərəkət hissəsindən kənara çıxarmaq üçün ətalətlə idarə etmək olar. Bu halda da son dərəcə diqqətli olmaq və qabaqcadan vəziyyəti düzgün dəyərləndirərək hərəkət etmək lazımdır. Məsələn, arxaya və ya qabağa mailliyin nisbətən çox olduğu yerdə (yəni yoxuşda və enişdə) mühərriki işləməyən avtomobili ətalətlə idarə etmək ani olaraq avtomobilin nəzarətdən çıxmasına və çox ciddi faciələrə səbəb ola bilər.



Mühərriki işləsə də, ötürmələr qutusunda neytral vəziyyət seçilmiş avtomobili ətalətlə idarə etmək isə nisbətən az təhlükəlidir. Yol hərəkəti qaydaları belə avtomobili ətalətlə idarə etməyi qadağan etmir. Lakin təhlükəsizlik qaydaları belə vəziyyətdə də avtomobili ətalətlə idarə etməyi doğru saymır. Bu isə həm texniki səbəblərlə, həm də avtomobilin idarə olunmasında yarana biləcək gözlənilməzliklərlə bağlıdır. Bəzi mühəndislər mühərriki işləyən avtomobilin ətalətlə hərəkət etməsi zamanı ötürmələr qutusunun lazım olan anda neytraldan uyğun gedişə keçirilməsini təhlükəli sayırlar və haqlı olaraq bildirirlər ki, belə olduqda ötürmələr qutusu və ya avtomobilin hər hansı başqa aqreqat və ya mexanizmi sıradan çıxa bilər. Ən ciddi problem isə onunla bağlıdır ki, ətalətlə hərəkət edən avtomobilin sürəti mühərriklə tənzimlənmir. Yəni lazım gəldikdə mühərriklə tormozlanma olmur və ağırlıq qüvvəsinin təsiri altında avtomobil getdikcə sürətlənə bilir. Belə hal mailliyin çox olduğu yollarda, habelə ağır çəkili avtomobillər üçün son dərəcə təhlükəlidir. Digər tərəfdən, ötürmələr qutusunun növündən asılı olmayaraq lazım gələn anda ötürməni neytraldan müvafiq gedişə keçirmək sürücünün müəyyən vaxtını alır, onun beynini ani də olsa məşğul edir. Bu isə qəflətən yaranan və çevik manevr tələb edən vəziyyətlərdə sürücünün çaşmasına, bunun nəticəsində isə ağır qəzalara gətirib çıxara bilər. Başqa sözlə, avtomobili daim idarə olunan vəziyyətdə saxlamaq üçün ətalətlə idarə etmədən qaçmaq lazımdır. Bəzən sürücülər ətalətlə idarə etməyə yanacağa qənaət üsulu kimi baxırlar. Amma dəqiq hesablama aparılsa, söhbət ən yaxşı halda son dərəcə cüzi qənaətdən gedə bilər. Ona görə də müstəsna zərurət halları istisna olmaqla mühərriki işləyən avtomobilin də ətalətlə idarə olunmasına yol verilməməlidir.


Teqlər:
Bu xəbər cəmi 1420 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR