Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə saatlarında şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun tempereturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 13-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.