Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gəncədə evlər siyahıya alınır

Gəncədə evlər siyahıya alınır
İyunun 10-da Gəncədə baş verən təbii fəlakətdən sonra dam örtükləri sıradan çıxan evlərin təmirinə başlanıb.


Bu barədə şəhər icra hakimiyyətindən məlumat verilib.



Bildirilib ki, təbii fəlakət nəticəsində dam örtüyü sıradan çıxmış fərdi yaşayış evlərində yeni dam örtüklərinin qurulmasına başlanılıb. Bir həftə ərazində zərər görmüş bütün evlərin dam örtüklərinin yenidən qurulması planlaşdırılır.



“İyunun 10-da axşam saatlarında leysan yağışları ilə müşayiət olunan güclü küləyin Gəncədə törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər sürətlə davam etdirilir. Xəbər verildiyi kimi, hadisə zamanı ağacların yola aşması nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər olmuş, bəzi sahələrdə, xüsusən X.Xasməmmədov, Mirzə Abbas Abbaszadə, Əttarlar küçələrində, həmçinin Şah Abbas məscidinin həyətindəki nəhəng çinar ağacları küləyin təsirindən yıxılaraq ciddi ziyan vurub. Bundan əlavə, evlərə su dolmuş, 1000-dək evin dam örtüyü sıradan çıxıb çoxlu sayda avtomobilə ziyan dəymişdir. Hətta insanlar arasında xəsarət alanlar da olub.



Artıq iki gündür ki, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.



Şəhər qaz istismar sahəsinin qəza xidmətinin rəis müavini Azər Bayramov bildirib ki, təbii fəlakət zamanı qaz xətləri sıradan çıxdığı üçün 27 sahədə təcili olaraq təbii qazın verilişi dayandırılmışdı. Hazırda onların 90 faizi bərpa edilib.



Gəncə elektrik şəbəkəsinin rəis əvəzi Ramiz Allahverdiyev bildirib ki, ağacların qırılması nəticəsində 610 kilovatlıq xətlərdə dayaqlar sıradan çıxmışdı. Qısa vaxt ərzində həmin xətt də bərpa edilərək istismara verilib.



Təbii fəlakətin vurduğu ziyanın müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin bir qrup mütəxəssisi artıq Gəncəyə gəlib. Nazir müavini Orucəli Hacıyevin rəhbərliyi ilə xüsusi komissiya təbii fəlakətin Gəncədə yaratdığı fəsadlarla yerində tanış olub.



Təbii fəlakətdən ziyan çəkən vətəndaşlara bildirilib ki, araşdırmalar yekunlaşdıqdan sonra dəyən ziyan tez bir vaxtda aradan qaldırılacaq.



İcra hakimiyyətindən həmçinin bildirilib ki, Komissiya üzvləri yerindəcə aktlar tərtib edərək ziyan dəymiş evləri siyahıya alırlar.


Teqlər:
Bu xəbər cəmi 1385 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR