Vergilər Nazirliyi dövlət büdcəsində 3.2 milyard manata yaxın vəsait köçürüb. Vergilər nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-may aylarında qurumun xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 121 milyon 703,4 min manat təşkil edib. Bu məbləğin 35,6 faizi mənfəət vergisinin, 26,9 faizi əlavə dəyər vergisinin, 12,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,1 faizi aksizlərin, 15,2 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 717 milyon 678,7 min manat vəsait daxil olub. Yanvar-may aylarında respublika üzrə 37 min 191 vergi ödəyicisi qeydiyyata alınmış, 1 iyun 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 570141-ə çatıb.
2014-cü ilin yanvar-may ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1 faiz təşkil edib.