Bir müddət əvvəl təqaüdə göndərilən paytaxt DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin yerinə təyinat həyata keçirilib.
Nazirin əmrinə əsasən, şəhər DYP-si rəisinin ikinci müavini Rəşadət Babayev yol-patrul xidməti alayının komandiri təyin edilib.
Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Mediada onun işində baş verən nöqsanlara görə, azad edildiyinə dair xəbərlər yer alsa da, sonradan N. Piriyevin yaşı ilə bağlı təqaüdə göndərildiyi bəlli olub.