Ötən illə müqayisədə proqram təminatı bazarının bu seqmenti 4,9% artıb, amma ekspertlər daha yüksək dinamika gözləyirdilər.
Ekspertlər Symantec şirkətini ən gəlirli antivirus proqram təminatı istehsalçısı adlandırıblar. 2013-cü ildə ABŞ şirkəti 3,7 milyard dollar məbləğində antivirus proqram təminatı satıb ki, bu da ötən illə müqayisədə 0,3% azdır. Şirkətin bazar payı 18,7% təşkil edib.
Intel prosessor nəhənginin dəstəyi ilə işləyən McAfee ikinci yerdə qərarlaşıb. Şirkət müxtəlif antivirusların satışından gəlirini illik hesablama üzrə 3.9% artıraraq 1,7 milyard dollara çatdırıb. McAfeenin bazar payı 8,7%-ə bərabərdir.
5,7% bazar payı və 1.1 milyard dollar gəlirə malik IBM şirkəti ilk üçlükdə qərarlaşıb.