Paytaxtın elə yerləri var ki, misal üçün, Səbail rayonunda 1 sot torpaq sahəsi 1 milyon dollar ola bilər.Bu barədə echo.az-a Davamlı İnkişafı Araşdırma Mərkəzinin sədri Nəriman Ağayev deyib. Onun sözlərinə görə, bu cür yüksək qiymətlər Azərbaycanın torpaq bazarında manipulyasiya deyil. Qiymətlər Bakının mərkəzi rayonlarında torpağa tələbat və onların rentabelliliyi ilə bağlıdır. Torpaq alaraq sahibkar orada ev tikir. 5-6 mərtəbəni tikdikdən sonra o, təmiz qazanc əldə edir. 10-12 mərtəbəli bina tikərək xərcəlidiy vəsait qədər pul qazana bilir. "Bu səbəbdən də belə tələbat var. Tələbat olduqca, qiymətlər düşməyəcək", - o əlavə edib.
(materialı milli.az tərcümə edib)