Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
O bildirib ki, bu nəqliyyatın bütün sahələrini, avtomobil yollarının salınması və təmiri, tunellərin, yeni dəniz limanının tikintisi, yeni tanker, bərələrin alınması və digərlərini əhatə edib.
“Bu müddətdə 9 min km avtomobil yolu, təmir, bərpa olunub, 250 körpü, tunel tikilib, 4 bərə alınaraq istifadəyə verilib”
Nazir müavini bildirib ki, son on ildə ən yüksək inkişaf tempi əldə edilib, dəniz nəqliyyatı, dəmiryolu, avtomobil, hava nəqliyyatında çoxlu infrastruktur layihələri həyata keçirilib.
O bildirib ki, indi Azərbaycan şirkətləri yalnız yerli deyil, beynəlxalq layihələrdə də uğurla iştirak edir.
Nazir müavini bütün sahələrdə olduğu kimi nəqliyyat sektorunda da Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq getdiyini xatırladıb.