Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

MN “Naxçıvan hücumu”na aydınlıq gətirdi – Rəsmi

MN “Naxçıvan hücumu”na aydınlıq gətirdi – Rəsmi
“Ermənistan tərəfi həmişə olduğu kimi, öz bəd əməllərini gizlətmək məqsədilə yenə də beynəlxalq təşkilatlara guya ki, zərərçəkmiş qismində müraciət edir”.


Bu sözlər Axar.az-ın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə Ermənistanın son günlər Naxçıvan istiqamətində fəallıq göstərməsilə əlaqədar göndərdiyi sorğuya verilən cavabda yer alıb:

“Ermənistanın Müdafiə nazirinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşündə onun səlahiyyətləri çərçivəsində qoşunların təmas xəttində yaranmış gərginliyin azaldılması istiqamətində əməli addımların atılmasını xahiş etməsi, əks təqdirdə isə Azərbaycan tərəfi üçün ağır nəticələrin baş verə biləcəyi fikrini söyləməsi Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən nə məntiqi baxımdan anlaşılan, nə də qəbul ediləndir. Ermənistan tərəfi həmişə olduğu kimi, öz bəd əməllərini gizlətmək məqsədilə yenə də beynəlxalq təşkilatlara guya ki, zərərçəkmiş qismində müraciət edir”.

Mətbuat Xidməti Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu qeyd edib:

“Amma həqiqət bəllidir ki, məhz erməni tərəfi ərazilərimizi işğal altında saxlayır, daim atəşkəs rejimini pozur, müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara kəşfiyyat-təxribat basqınları etməyə cəhd göstərir, hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə zərər yetirir. O ki qaldı növbəti erməni hədəsinə, ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə və işğal olunmuş torpaqlardan birdəfəlik çıxartmağa yetərlidir. Əsgərlərimizin mənəvi-psixioloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün müasir hərbi-texniki imkanlara malikdir”.

Nazirlik Ermənistan tərəfinin iyunun 5-də Azərbaycan Ordusunun bir neçə əsgərini öldürməsi haqqında yaydığı informasiyanın heç bir əsası olmadığını da vurğulayıb:

“Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Qeyd edək ki, dünən Ermənistan mətbuatı iyunun 5-də Naxçıvan hücumu zamanı atəşkəsin məhz onlar tərəfindən pozulduğunu yazmışdı. Erməni mətbuatı Azərbaycan snayperlərindən ibarət maşına 400 güllə atdıqlarını və nəticədə bir neçə nəfərin öldüyünü bildirmişdilər.

Onu da xatırladaq ki, iyunun 5-də iki erməni muzdlu əsgəri Azərbaycan snayperinin gülləsinə tuş gəlmişdi. Bundan üç gün öncə isə Silahlı Qüvvələrimizin əsgəri Zaur Həsənov Naxçıvan istiqamətində şəhid olmuşdu. 


Teqlər:
Bu xəbər cəmi 1660 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR