Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”
Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kəndinin ermənilər tərəfindən atəşə tutulmasına aydınlıq gətirib.
“Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”. Bu barədə Simsar.az-ın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib.
Bildirilib ki, hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ləkətağ kənd sakinlərinin Simsar.az-a verdiyi məlumata görə, ermənilər rayonun Ləkətağ kəndini atəşə tutublar. Verilən xəbərə görə, kənd sakinləri qonşu kəndlərə köçmək məcburiyyətində qalıblar.
Avropa.info məlumat verir ki, yerli sakinlərin verdiyi məlumata görə, hazırda əraziyə Azərbaycan ordusuna məxsus 4 qırıcı və tanklar cəlb olunub. Qırıcılar Ləkətağ kəndinin üzərində dövrə vurur.