Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 2002-сi il təvəllüdlü Namiq Nemət oğlu Nəzərov Bakı şəhəri, Xəzər rayonu hissəsində ("Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 1450 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb.
Vətəndaşın cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:29-da başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş digər məlumata əsasən, 1986-сü il təvəllüdlü Elmar Davud oğlu Davudov Mərdəkan qəsəbəsi istiqamətində Mil-Qaya adlanan ərazidə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.
E.Davudovun cəsədi batdığı yerdən, təxminən, 50 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:52-də başa çatıb.