Tədbirdə“ Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Macar Turan Fondunun rəhbəri Andras Biro və Macarıstandan gəlmiş aydınlar, sənətçilər və media mənsubları iştirak ediblər. Tədbirdə çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və 15 iyun - Qurtuluş gününü bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib.
Millət vəkili Qənirə Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğuladı : “Ali Baş komandan, prezident cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik, torpaqlarımızın bir qarışı nə bazarlıq mövzusu olmayacaq, nə də biz ondan bir qarış belə keçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa , Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, Macarıstandan gəlmiş dostlarımızla gələn bu cür tədbirlərimizi Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.
Tovuz rayon icra başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva Macar Turan Fondunun rəhbəri Andras Biroya Azərbaycanın qədim musiqi aləti olan saz hədiyyə ediblər.