Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əkrəm Əylisli xaricə köçür

Əkrəm Əylisli xaricə köçür
“Daş yuxular” romanı ilə Azərbaycanda böyük qalmaqala səbəb olan yazıçı Əkrəm Əylisli Türkiyəni seçib


Bu barədə türk mətbuatına müsahibə verən sabiq xalq yazıçısı artıq Azərbaycanda yaşamağın çətin olduğunu söyləyib: "Azərbaycanda o qədər hadisə oldu ki, yazdıqlarım kitablardan çıxarıldı, əsərlərim teatrlarda oynanılmır. Burada yaşamaq getdikcə çətindir. Ölkəmdən getməyə qərar versəm, Türkiyəyə gedərəm. Özümü ölkəmdən sonra yaxşı hiss edə biləcəyim yer Türkiyədir. Çünki biz qardaş ölkələrik. Amma kiminsə məni dəvət etməsi lazımdır. Onsuz da gəlinim də İstanbuldandır”.



Keçmiş xalq yazıçısı müsahibəsində azərbaycanlı ziyalıları qorxaq adlandırıb. “Mənim düşüncələrimə həmişə dəstək veriblər. Amma məsələ odur ki, əməkhaqqını dövlətdən alanlar öz fikirlərini deyə bilmirlər. Azad insanlar məni dəstəklədiklərini açıq-aydın söyləyirlər. Türkiyədən də mənə bir qrup yazar dəstək oldu. Amma heç bir siyasətçi mənə zəng etmədi. Əgər Türkiyə dövləti məni dəvət etsə, mən Türkiyəyə gedə bilərəm. Türkiyə vətəndaşlarından, ziyalılardan aldığım dəstək mənə həmişə yaxşı gəlib. Amma bizim ziyalıların çoxu qorxaqdır, öz düşüncələri ilə yaşamırlar”.



Yazıçı onun əsərinə reaksiya verənlərin çoxunun əsəri oxumadığını deyib. “Mənim əsərimlə bağlı reaksiya verənlərin 99% onu oxumayanlardır. Mənim əsərdə qələmə aldığım azərbaycanlılar çox ucadırlar, ermənilər sadəcə onların istədiyi kimi pis deyil. Bizimkilər istəyirlər ki, ermənilər alçaq görünsün. Bu təxribatla Dağlıq Qarabağı özümüzə yaxınlaşdıra bilmərik”, - deyə Ə.Əylisli bildirib.



Xocalı soyqırımı ilə bağlı danışan yazıçı Xocalı soyqırımı üçün də üzüldüyünü bildirib: “Elə düşünürlər ki, mən Xocalı üçün pis olmuram. Bu necə ola bilər axı? Mən necə üzülməyə bilərəm?”


Teqlər:
Bu xəbər cəmi 1135 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR