Latınca “de theobromocacao”, yəni tanrıların qidası adlandırılan şokolad sözü “kakao” - Meksika və Mərkəzi Amerika dillərində isə “kakaş” kəliməsindən götürülüb. Qara, ağ və südlü kimi bir çox fərqli növlərdə bişirilən şokolad bütün dünyada ən ox yeyilən qidalardan biridir. Bəs, bu qədər sevilən şokoladın hansı faydalarının olduğunu bilirsinizmi?
Qan təzyiqini tənzimləyir
Şokoladın tərkibində olan flavonol maddəsi qan təzyiqi və xolesterolu aşağı salır. Flavonol qanda nitroz oksid maddəsinin ifrazını dəstəkləyərək, qan damarlarının açılmasına kömək edir.
Qaraciyər xəstəliklərinin qarşısını alır
Yüksək təzyiq qaraciyər xəstəliklərinə səbəb olduğu üçün müntəzəm olaraq qara şokolad yemək təsirli silah ola bilər.
Şokoladın tərkibində olan steaik asit və oleik asit digər yağ asitlərindən fərqli olaraq, pis xolesterolu aşağı salaraq yaxşı xolesterolu yüksəldir.
Ürəyi qoruyur
Şokolad qan təzyiqini aşağı salaraq, yaxşı xolesterolu artırır, damar sağlamlığına faydalı olur. Ürək problemlərinin yaranmasının qarşısını alır.
Yaxşı hiss etmənizə kömək edir
Yaxşı hiss etmənizə kömək edən seratonin və endorfin hormonun ifrazını dəstəkləyən şokolad sevinc bəxş edir və enerji verir.
Beyin funksiyalarını inkişaf elətdirir
Araşdırmalara görə şokolad beyin funksiyalarının inkişafına kömək edir. Tərkibindəki dəmir, sink , B qrupu vitaminləri və folik asit sayəsində zəkanı artırır.
Dərini qoruyur
Antioksidan xüsusiyyəti olan, A, C və E vitaminləri sayəsində dərinin elastikliyini qoruyan və nəm tarazlığına kömək edən şokoladı müntəzəm şəkildə yeyən insanlarda yaşlanma əlamətləri gec ortaya çıxır.
ailem.az