"Apple"ın hələ beta mərhələsində olan iOS əməliyyat sisteminin yeni bir xüsusiyyəti ortaya çıxıb.
iOS 8 və OS X 10.10 "Yosemite" ın təqdim etdiyi bir çox yeniliyi, "Apple"ın təqdimatı sayəsində öyrəndik. Lakin firma, təqdimatda bütün yeniliklərini paylaşmamışdı. Bunlardan biri də iOS 8də FaceTime-ı istifadə edərkən səs qeydi edə bilmək qabiliyyətidir.
FaceTime, 2010-cu ildə ortaya çıxdığından bəri yalnız iki nəfər arasındakı videolu danışıqlara icazə verirdi. Səsli görüntü xüsusiyyəti 2013-cü ildə tətbiqə əlavə edilsə də, ikidən çox insanın eyni anda ünsiyyət qurması mümkün deyildi. Istifadəçilərdən gələn təkliflərə qulaq verən Apple, sonda iOS və OS X arasında işləyə bilən, pulsuz səsli konfrans xüsusiyyətlərinə sahib FaceTime-ı hazırlamışdı.
Beləcə iOS və Mac OS istifadəçiləri, artıq "Skype"a ehtiyac duymadan, rahatca qrup çağırışları edə biləcəklər.