Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yaponiya şirkəti 2015-ci ildə ekzoskeletlərin satışına başlayacaq

Yaponiya şirkəti 2015-ci ildə ekzoskeletlərin satışına başlayacaq


Yaponiyanın “Panasonic” şirkəti insana ağır yükləri asanlıqla qaldırmağa imkan verən ekzoskelet qurğularının kommersiya satışına başlamağı planlaşdırır.Bu barədə Yaponiya KİV-i yazıb.



"Power Loader” ekzoskeleti möhkəm kənar karkasla təmin olunan kostyumdur. Mərkəzi kompüter insanın əl-ayağına bərkidilərək elastik plankaları dəstəkləyən elementləri, eləcə də xüsusi manipulyator əlləri idarə edir. Bütün bunlar kompleks şəkildə dayaq-hərəkət aparatı funksiyasını yerinə yetirir, əzələdə ağırlığı azaldır və insanın gücünü artırır. Ekzoskelet istifadəçisi çəkisi 100 kiloqramadək olan yükü asanlıqla qaldıra və onu 8 km/saat sürətində apara bilər. Bundan başqa, şirkət skeletin yükqaldırma qabiliyyətini 40 kiloqramla məhdudlaşdıran sadələşdirilmiş modelini hazırlayıb. Ondan tibbi klinika işçilərinin yataq xəstəsi olan xəstələrin çarpayıdan xərəklə aparılması prosesini sadələşdirmək üçün istifadə edəcəkləri nəzərdə tutulur. Ekzoskeletlərin qiyməti 5-7 min dollar təşkil edəcək.



“Panasonic” nümayəndələri güman edirlər ki, bir müddət sonra onların icad etdikləri qurğuya sənaye və tikinti sahələrində böyük tələbat olacaq. Həmçinin qeyd olunur ki, ekzoskeletdən hətta radiasiya mühafizə kostyumunda istifadə etmək olar və bu səbəbdən ondan “Fukusima-1” AES-də baş vermiş qəzanın nəticələrini aradan qaldıran mütəxəssislər istifadə edə bilər.



Hazırda isə “Power Loader”in əsasında kosmik skafandrın yaradılmasının mümkünlüyü tədqiq edilir.


Teqlər:
Bu xəbər cəmi 1550 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR