AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr bölməsindən ANS PRESS-ə verilən məlumata görə, konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib.
Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak ediblər.
2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV konqresində fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov cəmiyyətin prezidenti seçilib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Qırğızıstandakı konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.