Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dünyanın ən bahalı 10 telefonu - FOTOLAR

Dünyanın ən bahalı 10 telefonu - FOTOLAR
Ötən həftə “Vertu” şirkəti istifadəçilərə yeni premium model olan “Vertu Signature Touch” qurğusunu təqdim edib.


 



Bazarda bu seqmentə daxil olan qurğulardan fərqli olaraq “Signature Touch” ötən ilki flaqman modellərin özəlliklərinə malikdir. Modelin digər fərqləndirici cəhətilərindən biri onun korpusunun titan və dəridən hazırlanması və onun qiymətidir .(11 300 dollardır) 



Oxuculara dünyanın ən bahalı 10 telefonunu təqdim edirik: 



10. Gresso Radical collection - $2 500



“Gresso Radical” smartfonu siyahımızda olan ən ucuz smartfonlardan biridir. O, aerokosmik sənaye və tibdə istifadə olunan titan materialından hazırlanıb. Şirkkətin loqosu ağ və sarı qızıldan hazırlanıb. Telefon 8 meqapiksel kamera malikdir. Telefonun qiyməti 2500-3000 ABŞ dolları arasında dəyişir. 









9. Tonino Lamborghini Antares - $4 000



“Tonino Lamborghini Antares” android-smartfonu paslanmayan metal və dəridən hazırlanıb. Telefon 2 qeqabayt opeartiv yaddaşa malikdir. Bundan əlavə telefona “Yamaha” firmasının istehsalı olan səsgücləndirici də quraşdırılıb. Telefonun qiyməti 4000 ABŞ dollarıdır. 







8. Tag Heuer Meridiist Infinite - $5 000



Bu smartfonun əsas xüsusiyyəti onun günəş və süni işıqdan enerji toplamasıdır. “Meridiist Infinite” titan və kauçukdan hazırlanıb. Ümumilikdı 1911 ədəd telefon istehsal olunub və 2,4 dyum ekran, 5 meqapiksel kamera və 8 qeqabayt daxili yaddaşa daxildir. Telefonun qiyməti 5000ABŞ dollarıdır. 







7. Mobiado Grand Touch Executive - $6 500



“Mobiado Grand Touch Executive” android-smartfonu digər telefonlardan öz korpusuna görə fərqlənir. Belə ki, bu mobil telefonun korpusu ağac, mərmər və qranitdən hazırlanıb. Onun qiyməti 6500 ABŞ dollarıdır. 







6. Vertu Ti - $10 000



2013-cü ildə təqdim olunan “Vertu Ti” smartfonu şirkətin Android 4.0 Ice Cream Sandwich əməliyyat sistemində işləyən ilk mobil telefonudur. Bu qurğuya görə, 10000 ABŞ dolları ödəyən şəxs titandan hazırlanan korpus, sapfirdən işlənmiş ekran, 1 qeqabayt operativ yaddaş və 64 qeqabayt daxili yaddaşa malik qurğu əldə edəcək. 









5. Apple iPhone 4 History Edition - $67 000



“Apple iPhone 4 History Edition” telefonundan cəmi 10 ədəd istehsal olunub. Maraqlıdır ki, telefonun arxa hissəsi iki materialdan hazırlanıb: Meteorit daşı və hər birinin ən azı 65 milyon yaşı olan tirannozavr dişindən. Telefonun kənarı və şirkətin loqosu brilyantlarla bəzədilib. Hər bir telefonun qiyməti 67000 ABŞ dollarıdır. 







4. Ulysse Nardin Chairman collection - $100 000



İsveçrənin dəbdəbəli saat istehsalçısı olan “Ulysse Nardin” şirkəti tərəfindən hazırlanan “Ulysse Nardin Chairman” telefonlarının korpusu almazdan hazırlanıb, ona mexaniki saat yerləşdirilib. Telefonun qiyməti 100 min ABŞ dollarıdır. 









3. GoldVish Equilibrium collection - $109 500



Smartfonnun qiyməti korpöusun materialından asılı olaraq 7300 – 109500 aralığında dəyişir. Istifadəçilər telefonun paslanmayan polad, titan və alüminium hazırlanan modellərini ala bilərlər. Bundan əlavə telefonun korpusu 18 karatlıq qızıl və ya platindən işlənib. 







2. Savelli Jardin Secret collection - $120 000



“Savelli Jardin Secret collection” telefonu qızlar və qadınlar üçün istehsal olunub. “Jardin Secret” kolleksiyası 12 modeldən ibarətdir. Onların böyük əksəriyyəti almaz və keramik düymələrlə təchiz olunub. Kolleksiyaya daxil olan ən bahalı telefon korpusu və düymələri ağ qızıldan hazırlanıb. Bundan əlavə korpusa 75 brilyant daxil edilib. Telefonun qiyməti 120 min ABŞ dollardır.







1.Apple iPhone 5 Black Diamond Edition - $16 700 000



Dünyanın ən bahalı telefonu “Apple iPhone 5 Black Diamond Edition”dır. Onun qiyməti nə az nə çox 16 milyon 700 mindir. Bu modeldə “Evə” düyməsi 26 karatlıq qara brilyantla əvəz edilib. Telefonun korpusu 24 karatlıq qızıldan hazırlanıb. Bundan əlavə smartfonun korpusuna 500 brilyant əlavə edilib ki, onunda 53-ü şirkətin loqosuna yerləşdirilib. 




Teqlər:
Bu xəbər cəmi 1835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR