Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakının bu çimərlikləri təhlükəlidir!

Bakının bu çimərlikləri təhlükəlidir!
Çimərliklərdə monitoriqlər aparılır - dəniz suyunun keyfiyyət göstəriciləri yoxlanılır


Bakı şəhəri ərazisində yerləşən çimərliklərdə monitorinqlər aparılır.



Bu barədə ailem.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, mərkəz tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəriciləri laboratoriya tədqiqat üsullarının tətbiqi ilə yoxlanılır: “Yoxlamalar zamanı çimərliklərdə dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəriciləri öyrəniləcək. Mərdəkan, Şüvəlan, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan və Novxanı çimərliyindən dəniz suyunun nümunələri götürülüb. Müayinələrin cavabları bir həftə ərzində açıqlanacaq”.



Z.Kazımov onu da qeyd edib ki, hələlik ötənilki müayinələrin nəticələrinə əsasən, çimərliklər haqqında qəbul edilmiş qərar qüvvədədir: “Ötən il müayinələr zamanı müəyyən edilib ki, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəriciləri norma səviyyəsində olub. Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin isə sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları üzə çıxıb. Həmin çimərliklərdə dəniz suyu bakterioloji çirklənmələrə məruz qalıb. Bu nöqsanlar aparılmış laboratoriya müayinə nəticələri ilə də təsdiq edilib, Səbail rayonunun Şıx və Qaradağ rayonun Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub”.



Şöbə müdirinin sözlərinə görə, ötən il Şıx çimərliyinin, Qaradağ rayonun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsi qadağan edilib.



Qeyd edək ki, artıq Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) çimərlik mövsümü ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Müraciətdə bildirilir ki, əhali rəsmi çimərliklərdən istifadə etsin. Ölkə üzrə rəsmi çimərliklərdə fəaliyyət göstərən DSXX-nin 42 struktur bölməsi gücləndirilmiş iş rejiminə keçib. Qeyd olunub ki, çimərlik mövsümündə baş verə biləcək xoşagəlməz halların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çimərliklərdə xilasedicilərin işləmələri üçün hər cür şərait yaradılıb.


Teqlər:
Bu xəbər cəmi 1255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR