İyunun 13-də Şərq Tərəfdaşlığı ölkələrinin mülki müdafiə nazirləri və fəlakətlərin idarə edilməsi üzrə rəhbərləri Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən ENPİ Şərq regionunda (PPRD Şərq) antropogen və təbii fəlakətlərə hazırlıq, qarşısının alınması və onlara reaksiya proqramının yekun konfransında Brüsseldə bir araya gələcəklər.
Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın milli fəlakət idarəetmə orqanlarının rəhbərləri və mülki müdafiə nazirləri Avropa Komissiyasının yüksək vəzifəli rəsmiləri və Aİ-nin üzv ölkələrinin mülki müdafiə xidmətlərinin nümayəndələri ilə görüşüb fəlakətlərdən zərər nəticəsində qlobal narahatlığın artması fonunda dörd illik proqramın PRİP şərq nəticələrini müzakirə edəcəklər.
Ümumi dəyəri 6 mln. ABŞ dolları olan bu proqramın əsas məqsədi tərəfdaş ölkələrin fəlakətlərin və risklərin idarə olunması sahəsində, eləcə də Aİ-nin Mülki Müdafiə Mexanizminin standartlarına uyğunlaşdırılması və bacarıqlarının artırılmasıdır.
Onun əsas nailiyyətləri arasında - Koordinasiya Mərkəzinin fövqəladə vəziyyətə reaksiyası üzrə Aİ-dən milli prosedurlara yardım sorğusu, regional əməkdaşlıq üçün əlverişli şərait yaradılması, Aİ təbii fəlakətlər riskinin idarə olunması təcrübəsindəki irəliləyişlər, Belarus və Azərbaycan qanunvericiliyində hazırda tətbiq olunan Aİ SEVESO direktivlərin sənaye qəzalarındakı yerini müəyyən edilməsi mövcuddur.
Fəlakət idarə olunması üzrə 1 400-dən artıq mütəxəssis PPRD Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxalq əməkdaşlıq və fəlakətlərlə dərhal cavab vermə üzrə təlimlərdə və treninqlərdə, eləcə də seminarlarda iştirak edib. Milli mülki müdafiə proqramının tədqiqatı və tövsiyələri tərəfdaşlıq edən ölkələrdə mühüm nəticələrin əldə olunmasına köməklik edib, misal üçün Ukrayna və Gürcüstan kimi ölkələrdə yaranmış fəlakətlərə dərhal reaksiya verilərək tərəfdaşlıq sazişi imzalanıb.
Regional risklərin elektron atlasının hazırlanması altı tərəfdaş ölkənin hamısına fəlakətlərin məlumatlandırılmasında və bilik səviyyəsinin inkişafında köməklik edib. Proqram yanğın, daşqınlar, zəlzələ, sürüşmələr, sənayedə qəzalar baş verərsə nəticədə yüz minlərlə insanın zərər çəkə bilmə ehtimalı ola bilən bu sahədə bir sıra təlim - məlumatlandırma tədbirlərinin həyata keçirilməsinə yardım edib.
Konfrans fəlakətlərin yaranması riski və onların qarşısının alınması üzrə regional idarəetmə planı daxil olmaqla, mülki müdafiə nazirləri və baş direktoratlara imkan verir ki, bu məsələləri şəxsən müzakirə etsinlər, regional əməkdaşlığın gələcək təşəbbüslərinin istiqamətini müəyyən etsinlər. Şərq Tərəfdaşlığı çərçivəsində mülki müdafiə üzrə əməkdaşlıq üçün yeni metodların istifadəsini tətbiq etsinlər.