Rusiyanın şərqində, Saxalin vilayətinin Kuril adaları yaxınlığında bir-birinin ardınca üç zəlzələ baş verib.
APA-nın “Saxalin Mediya” saytına istinadən verdiyi məlumata görə, 5 bal gücündə olan ilk təkanlar iyunun 9-da, yerli vaxtla 15:33-də, 10 km dərinlikdə qeydə alınıb. Növbəti, 4,1 bal gücündə olan zəlzələ yerli vaxtla saat 19:12-də, 90 km dərinlikdə olub.
Yerli vaxtla saat 02:51-da isə Oxotsk dənizinin akvatoriyasında, Kurilskdən 101 km qərbdə, üçüncü zəlzələ baş verib. Zəlzələnin episentri 210 km dərinlikdə yerləşib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb. Dağıntı və tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.