Bəstəkar Tural Bakuvi "Nostalji"ni adlı yeni instrumental kompozisiyasını təqdim edib. Bəstəkarın verdiyi məlumata görə, bu dəfə əvvəlki kompozisiyalardan tam fərqli bir formalı, retro-romantik avropa kompozisiyalarını xatırladan bir kompozisiya ortaya çıxıb.
Saksafon-Gitara dueti üzərində qurulmuş kompozisiyanın saksafon partiyaları Fərid Ağayevə, gitara partiyaları Ramal Rəsula, orkestr partiyası isə İsmayıl Əlizadəyə aiddir. Aranjiman və səsləndirilmə işlərini də Ramal Rəsul həyata keçirib. Bu arada, qeyd edim ki, R.Rəsul bu kompozisiyada öz ənənəsindən fərqli olaraq caz üslublu improvizasiya ilə yadda qalıb.