Bu barədə, Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov öz facebook profilində məlumat verib: “Rəhbəri olduğum Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə Qubada yerləşən Milli Qolf Klubunda Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Milli Qolf Turniri başa çatdı”
Dünyanın müxtəlif ölkələrindən - Avstraliya, Böyük Britaniya, Türkiyə, Gürcüstandan 44-ü kişi, 6-sı qadın olmaqla, 50 idmançının qatıldığı yarışda Azərbaycanı Şotlandiyada təhsil alan həmvətənimiz, 22 yaşlı Kamran Zeynalov, Azərbaycan Qolf Federasiyasının təlimçisi Emin Zeynalov, Federasiyanın digər təlimçiləri Elşən Quliyev və Rantik Quliyev təmsil ediblər.
Türkiyəli qolfçu Mahmut Köylü turniri qalib kimi başa vurub.