Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik “Facebook” və “Yahoo Messenger” istifadəçilərinə xəbərdarlıq edib

Nazirlik “Facebook” və “Yahoo Messenger” istifadəçilərinə xəbərdarlıq edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərini kibertəhlükələrdən qorumaq üçün növbəti xəbərdarlığını edib.


Mərkəz bu dəfə diqqəti “Yahoo Messenger” və “Facebook” vasitəsi ilə yayılan troyanlara çəkib.



Belə ki, yeni troyanın “Facebook” ani mesajlaşma və “Yahoo Messenger”lə yayıldığı məlum olub.



“Bitdefender”in təhlükəsizlik üzrə tədqiqatçıları xəbərdarlıq edirlər ki, yeni ani mesajlaşma troyanı dünyada 100 minlərlə kompüteri yoluxdurub.



““Bitdefender” tərəfindən aşkar olunan “Gen: Variant. Downloader. 167”adlı bu ziyanverici proqram “Facebook” çatı və “Yahoo Messenger” vasitəsilə yayılır. Ekspertlər bildirir ki, bu troyan yoluxmuş kompüterdən istifadəçinin kontakt siyahısında olanlara “nəzakətli” mesajlar göndərir. Bu ziyanverici proqram “Mən “Facebook”da bu şəkilləri paylaşmaq istəyirəm, siz razılıq verirsiniz?” kimi mesajlar göndərə bilər. Bu mesajlar “Fileswap” və “Dropbox” kimi məşhur fayl paylaşma xidmətlərinə məxsus serverlərdə yerləşdirilib və gələn mesajlarda həmin xidmətlərə məxsus keçidlər müşahidə olunur”-, məlumatda qeyd olunub.



“Bitdefender” ekspertləri bildiriblər ki, təhlükəli olan bu fayl əvvəlcə parametrləri olmadan yerinə yetirilir. Daha sonra bu proqram yoluxmuş kompüterdə “Application Data” qovluğunda ixtiyari adlı bir qovluq yaradır, özünü və “.exe” genişlənməsini bu qovluğa kopyalayır. Növbəti addımda registrdə



“HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Run”-da “Counter Background WWAN Thread Mapper User NetBIOS” adlı qeyd yaradır:



“Bütün bu addımlardan sonra yoluxmuş kompüterin istifadəçisinin şübhələrinin qarşısını almaq üçün ona bu mesajı göndərir – “Bu tətbiqi proqram sizin istifadə etdiyiniz “Windows” versiyasına uyğun deyil. Sizə proqramın “x86”(32-bit) və ya “x64” (64-bit) versiyasının lazım olduğunu görmək üçün kompüterinizin sistem məlumatlarını yoxlayın və daha sonra proqram istehsalçısı ilə əlaqə saxlayın”.



ETM qeyd edir ki, hər hansı bir təsadüfi ad ilə başqa bir icra olunan fayl “Application Data” qovluğunda eyni adla yaradılır.



“Bu fayl da iki parametrlə icra edilir: “WATCHDOGPROC” və ilk icra olunan fayl yolu. Nəhayət, konfiqurasiya eyniadlı qovluqda yaradılır, beləliklə, zərərli proqram əmr və nəzarət serverinə bağlanır”-mərkəzdən qeyd olunub.



“Bitdefender”-in ekspertlərinin fikrincə, hakerlər bu troyana ziyanverici proqramın digər hissələrini yükləməyə və nəhayət istifadəçi adı, parol, hətta bank etimadnaməsi kimi məxfi məlumatları toplamaq üçün əmr verə bilir.


Teqlər:
Bu xəbər cəmi 1250 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR