Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ölkədə benzin “Avro-4”-ə uyğun gəlmir-Rəsmi

Ölkədə benzin “Avro-4”-ə uyğun gəlmir-Rəsmi


Azərbaycanda istehsal olunan benzin “Euro-4” standartına da uyğun gəlmir.



“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.



O xatırladıb ki, ölkəmizdə yalnız “Aİ-92” markalı benzin istehsal olunur: “Artıq ölkə KİV-lərində də bununla bağlı gedən informasiyalarda ciddi narazılıqların olduğunu görürük. Məsələn, bildirirlər ki, “Premium” markalı benzin alırıq, amma çox çəkmədən avtomobilin motorunda problemlər yaranır. Təbii ki, problemlər olacaq. Çünki, həmin avtomobil bu markaya uyğun gəlmir və başqa parametrlərə uyğun olduğu üçün digər markalı benzində istifadə olunmalıdır”.



Azərbaycana idxal olunan yanacağın isə təmiz və yüksək səviyyəli benzin olduğunu deyən R. Həsənov bəzi sürücülərin məntəqələrdə benzin doldurulan zaman aldanmaları və digər problemlərə də aydınlıq gətirib. Komitə sədri bununla bağlı bir neçə dəfə monitorinq keçirdiklərini, hələlik bununla bağlı problemlə qarşılaşmadıqlarını deyib: “Bəzi hallarda isə sürücülərin özləri avtomobillərini normadan da artıq benzinlə doldurulmasını tələb edirlər. Bu da sonda qeyd etdiyimiz problemlərin ortaya çıxmasına səbəb olur. Ancaq 10 litr əvəzinə 7 litr benzinin vurulması ilə bağlı məlumat almamışıq. Düzdür, bəzi benzin aparatlarında müəyyən problemlər yaranır və həmin məntəqənin rəhbərliyi dərhal bu barədə bizə müraciət edirlər. Mütəxəssislərimiz də həmin məntəqəyə gedərək, problemi dərhal aradan qaldırırlar”.



R. Həsənov deyib ki, Bakıda yanacaqdoldurma məntəqələrinin sayı çox olduğu üçün, komitənin mütəxəssislərinin hər gün bu məntəqələrdə yoxlama aparmaları qeyri-mümkündür: “Buna görə də bu məntəqələrin rəhbərləri qanunvericiliyə uyğun olaraq, hər gün yoxlama aparmalı və problem olduğu təqdirdə bizə məlumat verməlidirlər. Onlar da bizə mütəmadi məlumat vermədikləri üçün cərimələmək məcburiyyətində qalırıq”.


Teqlər:
Bu xəbər cəmi 965 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR