Dünyanın ən yaşlı kişisi kimi Ginnes rekordlar kitabına düşən Aleksandr İmiç iyun ayının 8-də Nyu-Yorkda dünyasını dəyişib.
Bu barədə NBC News bildirib.
İmiç 1903-cü ilin fevral ayının 4-də Polşada anadan olub. O, kimyaçı və parapsixologiya üzrə kitabın müəllifi idi. 1939-cu ildə nasistlərin işğalından sonra o, SSRİ-yə qaçıb, 1951-ci ildə isə ABŞ-a köçüb.
“Bilmirəm, sadəcə daha əvvəl ölmədim. Bunun necə baş verdiyi barədə təsəvvürüm belə yoxdur”, - o, bu sözləri uzunömürlülüyünə dair verilən sualı cavablandırarkən söyləyib. Bundan başqa, əlavə edib ki, spirtli içkilər içməyib, idmanla məşğul olub, düzgün qidalanmağa çalışıb, yemək rasionundan balıq və quş ətini əskik etməyib.
O, planetin ən ahıl adamı olmayıb. Hal-hazırda ondan yaşca böyük 60 qadın var.
Onun 111 yaşı var idi.
İndi dünyanın ən yaşlı kişisi titulu yapon Sakari Momoiyə aiddir. O, İmiçdən yalnız bir ay balacadır.