Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rəşid Behbudovun qızı: “...Daha susmayacağam”

Rəşid Behbudovun qızı: “...Daha susmayacağam”


Rəşid Behbudovun qızı Rəşidə xanım səssizlikdən artıq bezdiyini dilə gətirib. ANS PRESS-in məlumatına görə, o, bildirib ki, bizim ailəyə kimsə nəsə etmək istəsəydi, bu günə qədər edərdi. "Sözün düzünü desəm, bütün bunlardan bezmişəm. Artıq 25 ildir ki, Azərbaycan mədəniyyətinin səviyyəsi, karifeyi həyatda yoxdur. Dünyaya ikinci dəfə Rəşid Behbudov gəlməyəcək. Heç kim zəng vurub maraqlanmır, Rəşid Behbudovun adını daşıyan teatrdan belə bir hərəkət yoxdur. 25 ildir ki, səsimi çıxartmıram, bundan sonra susmayacam!”, - deyə Rəşidə xanım etirazını bildirdi. Rəşidə xanım atasının anım gününü ailə olaraq bir araya toplanıb qeyd edəcəklərini dedi: “Mədəniyyət Nazirliyi tərəfindən hər hansı bir tədbir olacaq, ya yox, bu barədə mənə heç kim heç nə deməyib. Əgər siz özünüz teatr və nazirliklə maraqlansaydınız ki, nəyə görə, Rəşid bəyin ailəsi yada salınmır, çox gözəl olardı. Mən ancaq sizə güvənirəm, ümüd edirəm ki, siz səs salsanız, tədbir görən olacaq”. Söhbətimizdən belə məlum oldu ki, karifeyin layiq olduqu diqqət nə onun əziz xatirəsinə, nə də ki, qızına göstərilir. Qeyd edək ki, sənəti ilə özünü və Azərbaycanı dünyaya tanıdan dəyərli karifey sənətkar Rəşid Behbudov artıq 25 ildir ki, bizimlə deyil. O, 9 iyun 1989-cu ildə 73 yaşında bizi tərk etsə də, əvəzedilməz ifalarını miras qoyub getdi. Xatırladaq ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi kimi yüksək dərəcəli fəxri adlara layiq görülüb. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov tələbəlik dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R. Behbudov, əsgəri xidmətdən sonra Tiflisin estrada qruplarından birində solistlik edir. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur. 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R. Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R. Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb. 1959-cu ildə ona SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. SSRİ-nin Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq qörülüb. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.


Teqlər:
Bu xəbər cəmi 1510 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR