Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İqtisad Universitetində sabiq rektora qarşı qisas əməliyyatı

İqtisad Universitetində sabiq rektora qarşı qisas əməliyyatı
Yeni rektor sələfinin universitetdə dekan işləyən qardaşının qudası Müzəffər Məmmədovdan tutmuş, onun ən fəal tərəfdarlarından olan YAP universitet təşkilatının sədri Zəfər Bayramova qədər vəzifələrindən qovub


Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad edilsə də, sözügedən universitetdə yaşanan qalmaqallar bitmək bilmir. Yayılan məlumatlara görə, yeni rektor Ədalət Muradov Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafını "vurmaqla” bərabər, onların fəaliyyətini də təftiş etməkdədir.

Yeni rektor sələfinin yaxın ətrafını niyə "vurdu”?

Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, yeni rektor sələfi Şəmsəddin Hacıyevin universitetdə dekan işləyən qardaşının qudası Müzəffər Məmmədovdan tutmuş, onun ən fəal tərəfdarlarından olan YAP universitet təşkilatının sədri Zəfər Bayramova qədər vəzifələrindən qovub. Bu isə Şəmsəddin Hacıyevin 10 il ərzində bəhs etdiyi mütərəqqi inkişaf, real islahat və düzgün kadr seçimləri ilə bağlı dediklərini alt-üst etməklə yanaşı, həm də onun haqqında indiyədək yazılan və deyilən şikayətlərin həqiqət yükünü ciddi şəkildə təsdiqləyib.

Redaksiyamıza daxil olan məlumata görə, yeni rektor Ədalət Muradov Zəfər Bayramovun icra etdiyi İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsini də ləğv edib: "Yeni rektor "İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor” vəzifəsinin səlahiyyətlərindən "ictimaiyyətlə” sözünü ixtisara saldı. Daha sonra isə Hazırlıq fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilovanı tələbələrlə iş üzrə prorektor təyin etdi.

Qeyd edək ki, yeni prorektorun keçmiş rektor Şəmsəddin Hacıyevin bir neçə söyüşlü-davalı iclasabənzər qrup toplantılarında yadda qalan fəallığı haqda video-kasetlərin olması haqda xəbərlər var”.

Yeni rəhbərlik YAP sədrinə niyə etimad göstərmədi?

Verilən məlumata görə, Zəfər Bayramov keçmiş rektor Şəmsəddin Hacıyevin ən etibarlı adamlarından olub: "Şəmsəddin Hacıyev tarix elmləri namizədi Zəfər Bayramovu həm prorektor, həm də YAP-ın universitetdəki özək təşkilatına sədr gətirmişdi. Zəfər Bayramov, həm də keçmiş rektorun müdiri olduğu Beynəlxalq münasibətlər kafedrasının dosenti olmaqla, onun ən sadiq tərəfdarlarından olub. O, keçmiş rektorun dövründə hakim partiyanın dayaqlarını gücləndirmək əvəzinə, rektorun korrupsiya və rüşvətxorluq siyasətinə qarşı mübarizə aparan həqiqi elm adamlarına qarşı kompaniyada fəal iştirak edirdi. Təsadüfi deyil ki, Şəmsəddin Hacıyevin öz müşaviri, professor, iqtisad elmləri doktoru Bədirxan Musayevə qarşı təhdid və basqılarında da Zəfər Bayramov önəmli rollar oynayıb. Necə deyərlər, haqq gec də olsa, yerini tapır. Yeni rektor onu "vurmaq”la öz qanuni işini buraxıb, qrup, dəstə maraqlarından çıxış edənlərə yerini göstərir. Amma təəssüf edici hal odur ki, onun yerinə elə bir adam təyin edildi ki, bu, yeni rektora yaxın gələcəkdə problemlər yarada bilər”.

Etibarlı mənbədən cumhuriyyet.az-a ötürülən məlumatlarda o da bildirilir ki, Ədalət Muradov Şəmsəddin Hacıyevin 10 il müddətində universitetin Dərbənd filialına qanunsuz qəbul etdirdiyi 100-lə tələbənin işləri də araşdırılmaq mərhələsinə qədəm qoyub. Bəzi iddialara görə, keçmiş rektorun bu filial vasitəsi ilə qazancı 400 milyon manatı aşıb. Hər halda bu haqda dövrü mətbuatda da çox xəbərlər gedib…

İqtisad Universitetində yaşanan olaylarla bağlı araşdırmalarımız olacaq. Yazıda adları çəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.


Teqlər:
Bu xəbər cəmi 1195 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR