Üç ildir davam edən vətəndaş müharibəsində yüz minlərlə sakini qırılan, milyonlarla vətəndaşı didərgin düşən Suriyada 88.7 faiz səslə yenidən prezident elan olunan Bəşər Əsəd üç ölkədən təbrik alıb. Suriyanın rəsmi xəbər agentliyi olan “Sina”nın verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin, Venesuela prezidenti Maduro və Şimali Koreya lideri Kim Yong In Bəşər Əsədə zəng vuraraq yenidən prezident seçilməsi münasibətilə onu təbrik ediblər.
Qeyd edək ki, beynəlxalq ictimaiyət, o cümlədən, ABŞ və Avropa ölkələri Suriyada keçirilən seçkinin dünya standartlarına uyğun olmadığını, seçkidə total saxtakarlığa yol verildiyini əsas götürərək, özünü yenidən prezident elan etmiş Bəşər Əsədin legitim prezident olmadığını bəyan ediblər.
Bununla belə yaxın günlərdə İran dövlətinin rəhbərlərinin də Suriya liderinə rəsmi təbrik məktubu göndərəcəyi, beləliklə, Bəşər Əsədin legitimliyini tanıyan ölkələrin bir qədər də artacağı gözlənilir.