“Ermənistan beynəlxalq arenada öz mövqeyini tamamilə itirmiş dövlətdir”. Musavat.com-um məlumatına görə, bunu Moskvada yaşaya erməni hüquq müdafiəçisi Arbak Xaçatryan Ermənistan mediasına müsahibəsində Astanadakı məlum rüsvayçı olayı şərh edərkən deyib.
Onun sözlərinə görə, prezident Serj Sərkisyan inadla real olmayam şeylər uğrunda mübarizə aparır: “Lukaşenko illər ərzində mübariz apardı və hansısa sərvəti, üstünlüyü olmaya-olmaya Moskva qarşısında heç olmasa öz şərtlərini qoya bildi. Ermənistan prezidenti isə heç bir strateji yanaşma ortaya qoymur, heç bir diplomatik addım atmır və sakitcə oturub Əliyevin məktubunu dinləyir. Ermənistan dəhşətli dərəcədə qorxulu və qibtə edilməyəcək duruma düşüb”.
Xaçatryana görə, belə məktublar hələ çox olacaq: “Bu, hələ başlanğıcdır. Biz dalandayıq. Biz heç kimə lazım olmayan dövlətə çevrilirik. Astanada baş verənlər Ermənistanın, onun prezidentinin aşağılanması idi”.