ABŞ iki yüksək səviyyəli diplomatını İranla nüvə proqramı ətrafında danışıqlar aparmaq məqsədilə Cenevrəyə göndərir.
Dövlət katibinin müavini Vilyam Börns və ABŞ-ın İranla danışıqlarda baş müzakirəçisi, dövlət katibinin siyasi məsələlər üzrə yardımçısı Vendi Şerman bazar ertəsi və çərşənbə axşamı İran rəsmilərilə danışıqlar aparacaq.
İran və dünyanın altı qüdrətli dövləti arasında danışıqlar iyunun 16-da bərpa davam etdiriləcək. Qrupa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan Birləşmiş Ştarlar, Rusiya, Çin, Britaniya, Fransa üstəgəl Almaniya daxildir.
Dünyanın altı qüdrətli dövləti və İran arasında noyabr ayında əldə edilmiş müvəqqəti razılığa əsasən, İran sanksiyaların bir hissəsinin yüngülləşdirilməsi müqabilində uran zənginləşdirilməsi proqramını məhdudlaşdımalı idi.
İranın nüvə proqramı ilə əlaqədar yekun razılığın iyul ayının 20-ə qədər əldə ediləcəyinə inanılır.
ABŞ və Qərb ölkələri uzun müddətdir İranı nüvə silahları istehsalına çalışmaqda ittiham edir, lakin İran israrla nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirir ("Amerikanın səsi").