Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Peşman olacaqsan, Kəmalə!

Peşman olacaqsan, Kəmalə!
Artıq bir neçə gündür ki, mənə qarşı sosial şəbəkələrdə və bəzi saytlarda mənəvi terror mexanizmi işə salınıb. Buna səbəb isə sosial şəbəkələrdə Kəmalə Quliyevanın dekoltə ilə çəkilmiş xoşagəlməz şəkillərinin yerləşdirilməsi və altından da onun mənim qızım olduğunun qeyd edilməsi və mənim buna etirazım olmuşdur.


Bəli, mən bir daha təkrar edirəm: özünü bu sayaq - yarıçılpaq şəkillərlə təqdim edən və bu əməliylə fəxr edən hər kim olursa olsun, doğmam olsa belə, mənim qızım ola bilməz. Özünə “Nurəddin Mehdixanlının qızıyam” deyən kəs bu cür qəbuledilməz hərəkətə yol verə bilməz. Və mən buna qəti şəkildə etiraz etmişəm. Kəmalə Quliyeva bu etirazı gözləyirmiş kimi bütün sosial şəbəkələrdə müsahibə verməyə, fikirlər bildirməyə başlamışdır. Və buna bəndmiş kimi, sanki kamanda alınmış sayaq, bəzi saytlar sosial şəbəkələrdə mənim təhqir olunmağım, şəxsiyyətimin alçaldılması, ölümünə təsnə olduqları bir adamı öldürmək üçün şərait yaratmışlar. Və bu halda bütün hədd və sərhədləri keçmişlər. Hər kəsin səhvləri günahları ola bilər. Amma kökündən və səbəbindən xəbərdar olmadan 58 yaşlı bir sənət adamını, bütün ömrünü, həyatını, sağlamlığını millətinin mədəniyyətinə sərf etmiş insanı mənəvi terror vasitəsi ilə qatil eləmək nə dərəcədə ədalətli və doğrudur?!

Mən sosial şəbəkələrdə yarıçılpaq şəkildə özünü reklam edənə hər kim olursa olsun, hər nəyim olursa olsun, qızım deyə bilmərəm. Mənim qızım belə ola bilməz. Mənim qızım belə olmamalıdır. Məgər mən səhv etmişəm? Qətiyyən. Mən bu məsələdə özümü haqlı sayıram. Kamran Quliyevdən soruşuram: sən Kəmalə Quliyevanın qardaşı olaraq onun bu yarıçılpaq vəziyyətdə olan şəkillərini və davranışını qəbul edirsənmi? Bəlkə də sən qəbul edirsən, amma mən qəbul etmirəm. Heç vaxt da etməyəcəm.

Kamran Quliyev, Kəmalə Quliyeva, hər kəsin gənclik xətaları ola bilər. Nümayiş elətdirdiyiniz sənətlər - əllərinizdə tutub hamıya göstərməyə çalışdığınız o sənədlər - düz də ola bilər, saxta da. Amma artıq 30 ildən artıqdır ki, o sənədlər sizin və mənim həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil. 30 il ərzində nə mən sizi görmüşəm, nə də ki siz məni! Bu 30 il ərzində nə mən sizin yanınızda bircə gün olmuşam, nə də ki siz mənim yanımda bircə gün olmusuz. Sən ümumiyyətlə məni həyatda görməmisən. Kəmalə Quliyevanın etdiyi bu hərəkətdən sonra - bundan sonra da belə davam edəcək. Əgər mən sizin yanınızda deyiləmsə, o nümayiş etdirdiyiniz sənədlər nəyə lazımdı? Bəlkə də Kəmalə Quliyeva nələrəsə ümid edirdi, amma o, bütün körpüləri uçurtdu.

Məni sosial şəbəkələrdə ən ağır şəkildə təhqir elətdirdi, söydürdü, alçaltdı. Bir qız atası adlandırdığı insanın bu sayaq təhqir olunmasına necə şərait yaratdı? Heç bir qız, lap belə sevmədiyi atasına belə, bu təhqirləri yaşatmazdı.

Artıq nə etməli? Olan oldu, hər tərəfin mövqeyi belədir. İstəyirəm bir şeyi biləsən: Mən sizin düşməniniz deyiləm, heç zaman da olmayacam. Bu sayaq pisliklər mənim əlimdən gəlməz. Amma gün gələcək, sizi qızışdırıb ortalığa salanlar, sizi əllərində oynadanlar, sizin sayənizdə məni təhqir etməklə reytinq qazanmağa calışanlar, istədiklərinə nail olanlar, çəkilib yox olacaqlar. O vaxt çox peşman olacaqsan, Kəmalə Quliyeva. Amma o peşmançılıq heç nəyi dəyişməyəcək.

Həm də səni başa düşdüm, yaxşı başa düşdüm. Sənə çəkilmiş olduğun seriallar üçün reklam lazım idi. Və sən bunu Nurəddin Mehdixanlının adı ilə etdin. Seriallar gəlib-gedər, amma həyat təkcə seriallardan ibarət deyil.

Mənim ailəm 5 nəfərdən ibarətdir.1988-ci ildə ailə qurmuşam. Həyat yoldaşım müəllimədir. Bu dünyanın ən sədaqətli və etibarlı qadınlarından biridir. Onun ücün hər an heyatımı qurban etməyə hazıram.

İki qızım, bir oglum var. Əxlaq və tərbiyələri onları tanıyanlara bəllidir. Alınları öpüləsi, həyatımın mənası olan qızlarım Ayturan və Alagöz, oğlum Ərturan. Məndən sonra ocağıma sahib duracaq kişi. Və bu ailənin birliyi və bütövlüyünə kimsə toxuna bilməz, poza bilməz. Bu ailenin ünvanına kimsə ləkə gətirə bilməz.

Məni bu günlərdə bu məsələ ilə bağlı müdafiə edən, mənim səxsiyyətimi və sənətimi nəzərə alaraq, saytlarında və sosial səbəkələrdə, mətbuat səhifələrində tehqir olunmağıma imkan verməyən hər kəsə, hər KİŞİYƏ, hər QADINA , hər sayt rəhbərinə özüm və ailəm adına təşəkkür edirəm. Bunun əksini edənləri isə Allaha tapşırır, vicdanlarının ixtiyarına buraxıram.

Azərbaycanda sərəf və layəqətin təhqir olunmasına görə qanunların mövcud oldugunu xatırladıram. Bəzi saytlardan təhqir olunmağımın dayandırılmasını tələb edirəm və bu mənəvi terror nəticəsində sağlamlığı ilə kifayət qədər ciddi problemləri olan mənim həyatıma təhlükə yaranarsa, nəticədə başıma bir iş gələrsə, bunun məsuliyyətini bu mənəvi terroru başlayan və davam edənlər, etdirənlər daşıyacaqlar.


Teqlər:
Bu xəbər cəmi 1970 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR