Ölənlərdən 3-ü uşaq, 2-si qadındır.
Suriya İnsan Haqları Təşkilatından (SNHR) verilən məlumata görə, rejim tərəfdarları bir çox bölgələri döyüş təyyarələri və toplarla bombalayıb.
Hücum nəticəsində Hələbdə 24, paytaxt Dəməşqdə 11, Hamada 3, İdlibdə 2, Kuneytra, Humus, Dərə və Deyruz Zorda 1 olmaqla 44 nəfər öldürülüb.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumatda isə bildirilib ki, təhlükəsizlik qüvvələri ölkə daxilində apardığı əməliyyatlarda çoxlu sayda silahlı qrupu zərərsizləşdirib.