Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanın prinsipial mövqeyi Ermənistanı təşvişə salıb

Azərbaycanın prinsipial mövqeyi Ermənistanı təşvişə salıb
Cəbhə xəttində gərginlik yaradan ermənilər bunun acı nəticələrini dadmağa başlayıblar; Azərbaycan rəhbərliyinin sərt mövqeyi işğalçıları ciddi narahat edir


Ermənistan-Azərbaycan cəbhəsində düşmən tərəfin yaratdığı gərginlik nəticə etibarı ilə ermənilərin özlərinə problemlər yaratmağa başlayıb. Vəziyyət o həddə çatıb ki, Ermənistanın baş naziri səviyyəsində məsələyə dair açıqlama verilib. Erməni mediasının yazdığına görə, düşmən ölkənin baş naziri Ovik Abramyan mövzu ilə bağlı danışarkən deyib ki, Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasından narahatdırlar. O, bununla bağlı Ermənistanın müdafiə naziri ilə söhbət etdiyini deyib bildirib ki, vəziyyətin detalları barədə ona məlumat verilib.





APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ovik Abramyan deyib: “Ermənistan-Azərbaycan sərhədində atəş səsləri eşidilir. Durum nəzarət altındadır. Müdafiə naziri ilə danışmışam. O, gərginliyin olduğunu təsdiqləyib”.

İyunun 6-da Ermənistan müdafiə naziri Seyran Ohanyan isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiklə görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.



S.Ohanyan avropalı diplomatı səlahiyyətləri çərçivəsində qoşunların təmas xəttində gərginliyin azaldılması üçün addımlar atmağa çağırıb.

Öz növbəsində A.Kaspşik yaranmış vəziyyətlə əlaqədar öz narahatlığını ifadə edib və lazımi tədbirlərin görüləcəyini vəd edib.



Nəzərə çatdıraq ki, cəbhədə vəziyyətin gərginləşməsində günahkar işğalçı erməni ordusudur. Ötən həftə erməni diversiya qrupları Füzuli bölgəsində təmas xəttini yararaq Azərbaycanın mövqelərinə hücum etməsinə bizim ordumuz tutarlı cavab verdi. Həmin gərginlikdə ermənilərin bir neçə itki verdiyi bildirildi. Daha sonra Naxçıvanda ermənilər bir əsgərimizi vurdular. Buna cavab olaraq Azərbaycan ordusunun əsgərləri ermənilərin iki hərbi qulluqçusunu gəbərtdilər.



Ermənilər təbii ki, Azərbaycan tərəfinin sərt mövqeyini, habelə ölkə rəhbərliyinin prinsipial bəyanatlarını, eyni zamanda beynəlxalq aləmin Azərbaycanın mövqeyinin haqlı olduğunu etiraf etməsi gördükcə təşvişə düşməyə bilməzdilər.



Nəzərə çatdıraq ki, ötən həftə Azərbaycan prezidentinin Ermənistana yönəlik sərt bəyanatı olmuşdu. Avrasiya İttifaqının imzalanma mərasimində Azərbaycan prezidenti İlham Əliyevin elan edilən məktubu ciddi rezonans doğurmuşdu. Məktubda deyilirdi ki, Ermənistan bu İttifaqa Qarabağsız qoşulmalıdır, çünki Ermənistanın BMT tərəfindən qəbul edilən sərhədləri var və o sərhədlərdə Dağlıq Qarabağ adlı ərazi yoxdur.

Nazarbayev bunu deyəndən sonra vurğulayıb ki, bu məktub Ermənistanı bu problemin çözülməsi yolunda yenə də düşündürməlidir.



Ermənistan prezidenti isə çıxışında ona iyunun 15-nə kimi vaxt verilməsini xahiş edib. Bu, həm də belə şərh edildi ki, Azərbaycan tərəfi Ermənistana Qarabağı boşaltmaq üçün 15 gün vaxt verib. Çünki Ermənistan Qarabağı boşaltmadan Avrasiya İttifaqına qoşulmaq istəsə, güclü orduya malik olan Azərbaycanla üz-üzə qalacaq.



Eyni zamanda bu arada müdafiə naziri Zakir Həsənov da cəbhə xəttində olarkən hərbçilərə ermənilərlə daha amansız davranmaq göstərişini vermişdi.

“Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulub. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün var. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır”. Bu açıqlamanı isə Azərbaycan prezidenti İlham Əliyev iki gün öncə Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısında çıxışı zamanı deyib.



Dövlət başçısı beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyinin bəlli olduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etdiyini xatırladıb: “Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı - bütün bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində Azərbaycanın mövqeyini dəstəkləyiblər. Ancaq əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymur və işğal davam edir. Bu məsələnin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir”.



Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdır: “Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər ediblər və onların məruzələrində orada bütün dağıntılar öz əksini tapıb. O cümlədən bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb”.



“Bu münaqişə böyük regional təhlükədir, eyni zamanda, bizim üçün iqtisadi cəhətdən də böyük problemlər yaradır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır”, deyə dövlət başçısı əlavə edib.



Bu açıqlama da təbii ki, Ermənistanı öz taleyi barədə ciddi düşünməyə vadar edir.

Ermənistan mətbuatı həmçinin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun Moskva səfərinin rəsmi İrəvanada narahatlıqla qarşılandığını bildirib.



Erməni mətbuatının iddiasına görə, Azərbaycan parlamenti spikerinin Rusiyaya qəflətən səfər etməsi Azərbaycan və Rusiya arasındakı gizli yaxınlaşmanın təzahürüdür. “Uzun müddətdir ki, Ermənistanın regionda əsas müttəfiqi olan Rusiya Azərbaycana münasibətdə mövqeyində dəyişikliklərə yol verməkdədir. Azərbaycan rəhbərləri də son zamanlar Ermənistana yönəlik hədələr səsləndirərək Qarabağın və ətraf ərazilərin azad olunması üçün Ermənistana vaxt qoyduğu bildirilib. Rusiya hazırda Qafqaz regionunda açıq-aydın oyun oynayır və həmin oyunun qaydalarını da onların özləri müəyyən edirlər. İndi görünən odur ki, Rusiya Ukraynadakı baş verən hadisələrdən, Gömrük İttifaqı layihəsindən sonra bu yeni oyun qaydaları müəyyən etməkdədir.



Rusiyanın müəyyən etdiyi yeni oyun qaydaları isə hazırda Qarabağda mövcud status-kvonu dəyişə bilər”.



Həmçinin, Oqtay Əsədovun səfərindən sonra Rusiyanın mövqeyi də Ermənistanda təşvişlə qarşılanıb. Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviç O.Əsədovla görüşdən sonra keçirdiyi brifinqdə “Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır” bəyanatı ilə çıxış edib. Rusiya rəsmilərinin bu fikirləri erməni mediasının, Ermənistanın hakim Respublikaçılar Partiyasının ciddi narazılığına səbəb olub. Erməni mətbuatı yazır ki, Avrasiya İttifaqı və Gömrük Birliyinə üzv olan Ermənistanla müqayisədə Rusiyanın Azərbaycana qarşı münasibətləri daha səmimi görünür: “Hakimiyyətin Moskvanın bütün istəklərini yerinə yetirməsinə baxmayaraq Ermənistanın Rusiya üçün o qədər əhəmiyyət kəsb etmədiyi hiss olunur”. Qeyd olunur ki, Rusiyanın Azərbaycana regionda yeganə strateji partnyoru kimi baxması Ermənistanı ciddiyə almamasıdır. Məsələ ilə əlaqədar erməni mediasına açıqlama verən hakim partiyadan olan millət vəkili, Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Artak Zakaryan isə bu açıqlamaları qısqanclıqla qarşılayıb. Zakaryanın sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələri həmişə yüksək səviyyədə olub. İki ölkə arasındakı əlaqələr regionda sülhün inkişafına dəstək verəcək".



Bütün bu açıqlamalar, faktlar onu göstərir ki, Ermənistan artıq çıxılmaz bir durumdadır. Düşmən ölkə faktiki olaraq işğalçılıq siyasətindən əl çəkməməsinin çox ağır nəticələrini yaşayır. Özünü regional iqtisadi layihələrdən məhrum etmiş Ermənistan bu siyasətindən əl çəkməyəcəyi təqdirdə Azərbaycan ordusunun gücünü görəcəyini başa düşür.


Teqlər:
Bu xəbər cəmi 1405 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR