Nəqliyyat Nazirliyi və Bakı Şəhər Dövlət Yol Polisi paytaxtda reydlərə başlayır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bu gün başlayacaq reydlərin məqsədi sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri arasında nizam-intizam qaydasının artırılması, həmçinin baş verən qəzaların minimuma endirilməsi və avtobus dayanacaqlarının taksi sürücüləri tərəfindən zəbt edilməsinə qarşısını almaqdır.
Reydlər metronun “Azadlıq prospekti”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “Koroğlu”, “Xalqlar dostluğu”, “Qara Qarayev” stansiyalarının qarşısında keçiriləcək.