Bu barədə Fondun 2013-cü ilə həsr olunmuş hesabatında qeyd olunub.
Fonda daxil olan vəsaitlərin 64%-i və ya 64 milyard dolları istifadə olunub. Vəsaitlərin 36%-i isə yığım hissəsinə yönəldilib.
Ötən il isə Fonda daxil olan vəsaitlərin həcmi 17 milyard 329,2 milyon dollar təşkil edib ki, onun da 9,5%-i yığıma yönəlib.
Hesabatda qeyd olunur ki, 2003-2013 illərdə Fonddan dövlət büdcəsinə yönələn transfertlərin həcmi 46,435 milyard manat təşkil edib.
2013-cü ildə ildə isə bu rəqəm 11,35 milyard manat olub.
Ötən ilin sonuna Neft Fondunun aktivləri 5,12% artaraq 35 milyard 877,5 milyon manat təşkil edib.