Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı şəhərində əmək yarmarkası keçirildi

Bakı şəhərində əmək yarmarkası keçirildi


İyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı Tennis Akademiyasında paytaxtın Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçirilib.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, aktiv məşğulluq tədbirində hər üç rayonun məşğulluq mərkəzləri tərəfindən müəssisələrdən toplanmış, əsasən qulluqçu və fəhlə peşələri üzrə ümumilikdə 392 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub.



Vakant iş yerləri 43-ü özəl sektora aid 49 müəssisəyə aid olub. Bu müəssisələr sırasında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, "Nurgün şirkətlər qrupu", "Unibank" ASC, "Baku Steel Construction" ASC, "Expressbank" ASC, "FAB Boya və Kimya Sənayesi" MMC, "Bakı Sığorta" ASC, Bakı "Əyrici-Toxucu" ASC, "Ata Turizm" MMC, "Buta Sığorta" ASC, "Kristal" MMC, "DəmirBank" ASC, "Bakı Tikiş Evi" ASC və digər iri şirkətlər də var.



Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşla onların birbaşa əlaqəsi təmin olunub. Tədbirdə qeyd olunan Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərin münasib işlərlə təminatına xüsusi diqqət yetirilib. Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaq, habelə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb.


Teqlər:
Bu xəbər cəmi 1250 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR