Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yeni Neft-qaz emalı və neft-kimya kompleksinin inşa ediləcəyi ərazidə infrastrukturun köçürülməsinə başlanıb

Yeni Neft-qaz emalı və neft-kimya kompleksinin inşa ediləcəyi ərazidə infrastrukturun köçürülməsinə başlanıb
Bakı şəhərinin Qaradağ və Abşeron rayonları ərazilərində Dövlət Neft Şirkətinin yeni Neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası məqsədilə ayrılmış ərazidən keçən infrastruktur xətlərinin köçürülməsi məqsədilə aidiyyəti qurumlarla aparılan danışıqlar başa çatıb.


Artıq layihələndirmə işləri görülüb və bu ilin əvvəlindən həmin xətlərin köçürülməsinə başlanıb.



NQNK-nın inşa ediləcəyi ərazidən keçən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin köçürülməsi işləri artıq may ayında sona çatdırılıb. Görülən işlər çərçivəsində NQNK-nın tikinti sahəsinə düşən Qaradağ Qaz İstismar Sahəsinə məxsus 1 ədəd 150 mm-lik orta təzyiqli qaz kəmərinin köçürülməsi məqsədilə yeni qaz kəməri çəkilib.



Uzunluğu 4316 metr olan qaz kəmərinin üzərində, yol keçidlərində, 90 dərəcəlik əymələrdə və bütün magistral yolu boyunca hər 500 metrdən bir xəbərdaredici nişanlar quraşdırılıb. Gələcəkdə ərazidə aparılacaq tikinti işlərini nəzərə alaraq qaz kəməri 1,5 metr dərinlikdə çəkilib. Qaz kəməri quraşdırıldıqdan sonra onun təmizliyi, ötürmə qabiliyyəti, möhkəmliyi və kipliyi qüvvədə olan normativ qaydalara uyğun yoxlanılıb. Hazırda ərazidən keçən digər xətlərin köçürülməsi ilə bağlı aidiyyati təşkilatlarla işlər davam etdirilir.


Teqlər:
Bu xəbər cəmi 1200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR