Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

18 yazarın ingilis dilində olan kitabı hazırdı

18 yazarın ingilis dilində olan kitabı hazırdı
Jurnalist Ekspert Mərkəzinin (JEM) “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihə çərçivəsində hazırladığı kitab artıq nəşriyyata təhvil verilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan kitabda Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanıb. Hekayələr peşəkar tərcüməçilər - Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günya Rəhimova tərəfindən azərbaycancadan ingiliscəyə çevrilib. Mətinləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib. Bu barədə saytımıza JEM sədri Ceyhun Musaoğlu məlumat verib. Onun sözlərinə görə, iyunun 12-13-də “Bizim hekayələr sizin dildə” adlı kitab işıq üzü görəcək. Beynəlxalq Mətbuat Mərkəzində kitabın tədiqimat mərasimi keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən səfirliklərə, beynəlxalq təşkilatlara, xarci şirkətlərə, o cümlədən xaricə işgüzar səfər edən QHT əməkdaşları tərəfindən əcnəbi həmkarlarımıza pulsuz paylanacaq kitabda aşağdakı müəlliflərin hekayələri əksini tapıb: 1.Musa Quliyev ( Urud) - “Uruda iki səfər” 2. Əgdər Ol - “Kamança” 3. Rəşad Məcid - “10 sentyabr” 4. Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”. 5. Məqsəd Nur - “Ud” 6. Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi” 7. Şahnaz Kamalova - “Savalan” 8. Kamran Nəzirli - “Ağ ev” 9. Xalid Kazımlı - ““Pəncşir aslanı”nın bənzəri” 10. Kənan Hacı - “Boz ilan” 11. Şərif Ağayar - “Anaxanım” 12. Natiq Məmmədli - “Xəlbr”. 13. İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay” 14. Azər Abdulla - “Bazarlıq” 15. Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli” 16. Fəxri Uğurlu - “Leylinin məcnunluğu” 17. Vüsalə Məmmədova - “Rəngləyən” 18. Nicat Qafuroğlu - “O” JEM-in məlumatında xüsusi olaraq vurğulanır ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər.

Teqlər:
Bu xəbər cəmi 2055 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR