Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

““Xəzər Lənkəran”ı düzəltməliyəm”

““Xəzər Lənkəran”ı düzəltməliyəm”
Artıq dünəndən etibarən “Xəzər Lənkəran” klubu özünün növbəti yeni baş məşqçisini Oğuz Çetini futbol ictimaiyyətinə təqdim edib.


 “Yenimeydan.info” yeni baş məşqçinin “apasport.az” saytına verdiyi müsahibəni təqdim edir.



 - Əvvəla, sizi “Xəzər Lənkəran”ın baş məşqçisi olmağınız münasibətilə təbrik edirik...



- Təşəkkür edirəm. Əslində, bu təyinat öncədən planlaşdırılmışdı və bu barədə saytınıza açıqlama vermişdim. Sadəcə, bu gün (müsahibə dünən götürülüb – red.) rəsmən açıqlandı. İnanıram ki, bu komanda ilə uğurlu mövsüm keçirəcəyik. Azərbaycana gəlməyimin əsas səbəbi rəhbərliklə komandanın planları barədə danışmaqdır. İndi təlim-məşq toplanışı keçirəcəyimiz ölkəni, gedəcək futbolçuları və bəzi şeyləri müzakirə edirik. Onları həll etdikdən sonra Türkiyəyə gedəcəyəm. Yenə ola bilər ki, bəzi məsələlərdən ötrü Azərbaycana qayıdım.



- İndi əsas hədəfiniz nədir?



- Əsas hədəf bundan öncə də demişdim ki, mən “Xəzər Lənkəran”ı “düzəltməliyəm”. Premyer Liqanın növbəti mövsümü geridə qalan mövsümlə müqayisədə daha ağır olacaq. Hazırda ilk istəyim komandaya keyfiyyətli yerli futbolçuların alınmasıdır. Bunun üçün rəhbərliyə siyahı təqdim etmişəm. Adlarını çəkə bilmərəm. Amma yerli futbolçu problemini həll etmək ilk işim olacaq.



- Gedənlərin siyahısını rəhbərliyə təqdim etdiyinizi bir neçə həftə öncə demişdiniz. Komandadan kimlər gedir?



- Düzdü, öncə də demişdim ki, komandadan ayrılacaq futbolçuların adlarını rəhbərliyə vermişəm. Ad çəkmək istəmirəm. Onsuz da yaxın günlərdə hər şey bəlli olacaq. Biz komandadan ayrılan futbolçulardan çox gələnlər haqqında düşünürük.



- Gedəcək futbolçular arasında müqaviləsi olanlar da var?



- Müqaviləsi olanlar da var, olmayanlar da. Bunların hamısını onsuz da mövsüm ərzində hazırlamışdıq. Ona görə də indi yeni gələcək, komandaya güc qata biləcək futbolçularla maraqlanmalıyıq.



- Yerli futbolçuların sizin üçün əsas hədəf olduğunu bilirdik. Bəs, transfer siyahınızda legioner futbolçu adları var?



- Təbii ki, var. Amma yerli futbolçu transfer etmədikdən sonra legioneri gətirməyin də bir mənası yoxdur. Ona görə də azərbaycanlı futbolçuların transferi baş tutsun, sonra legionerlərlə maraqlanacağıq.



- Məşqçilər korpusunu müəyyənləşdirmirsinizmi?



- Hələ hər şey dəqiq bilinmir. Bunları müzakirə etmək üçün elə burdayam. Dəqiq bir şey olanda sizə açıqlayacağam.



- Hazırlıqlarla bağlı planlarınız necədir?



- Çox güman hazırlıqları Avstriyada keçirəcəyik. Dəqiq tarix bəlli deyil. Əvvəl növbəti çempionatın avqustun 3-də start götürəcəyini düşünmüşdüm. Ona görə fikirləşirdik ki, iyunun 22-də bir yerə yığışarıq. Amma 2014/2015 mövsümü avqustun 9-da başlayacağı üçün 2 gün gec ola bilər. İyunun 24-də bir araya gəlib hazırlıqlara start verərik.



- Rahid Əmirquliyevin zədəli olduğundan xəbəriniz var?



- Var. Amma o qədər də ciddi zədə deyil. Elə bu problem səbəbindən milli komandanın da oyununu buraxıb. Zədə ciddi deyil, amma yığma komanda ilə toplanışa getsəydi, daha da ciddi vəziyyət yarana bilərdi.



- Sizcə, “Xəzər Lənkəran”ı toparlamaq üçün daha nələr lazımdır?



- Bu komandanın azarkeş ordusunu geri qaytarmaq lazımdır. Bilirsinizmi, onları stadionlara gətirməklə biz nə qədər üstünlük qazanacağıq. Mən bildiyimə görə, əvvəllər Lənkəran stadionunda rəqib komandalar 1 xal qazandıqları zaman şükür edirlərmiş. Biz “Xəzər Lənkəran”ı həmin zamanlarına qaytarmalıyıq.


Teqlər:
Bu xəbər cəmi 1305 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR