Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda nüvə tədqiqatları sahəsində işlər genişləndirilir

Azərbaycanda nüvə tədqiqatları sahəsində işlər genişləndirilir


Alternativ enerji mənbələri, xüsusilə Günəş və külək enerjisi Azərbaycanın artan sənaye tələbatını təmin etməyə qadir deyil, bunu nüvə texnologiyaları edə bilər. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.



Onun sözlərinə görə, hazırda Azərbaycan nüvə enerjisinə üstünlük verir ki, bu da dövlət başçısının uzaqgörən strategiyasını təsdiq edir: "Söhbət, əlbəttə ki, tez bir zamanda atom elektrik stansiyasının (AES) tikintisindən getmir. İlk növbədə, Azərbaycan nüvə texnologiyalarının idarə edilməsi imkanına malik nüvə ölkəsinə çevrilməlidir. Bununla əlaqədar kadr potensialının genişləndirilməsi heç də az əhəmiyyət kəsb etmir. Xammal ehtiyatlarını qiymətləndirmək, həmçinin şəxsi və ya xarici xammalın istifadə ediləcəyini bilmək lazımdır".



A.Qəribov qeyd edib ki, bu istiqamətdə reallaşdırılması planlaşdırılan bütün işlər dövlət başçısının 8 may 2014-cü il tarixli Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncamında göstərilib.



Bununla əlaqədar, ilk növbədə, Azərbaycanda nüvə tədqiqatları sahəsində elmi tədqiqat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan nüvə texnologiyalarının inkişafına böyük önəm verildiyi ölkəyə çevrilir. A.Qəribovun sözlərinə görə, bu, elmin həyati əhəmiyyət kəsb edən mütərəqqi tərəfidir. Nüvə tədqiqatlarının aparılması üçün Azərbaycana tədqiqat nüvə reaktoru və digər müvafiq avadanlıqlar (hissəciklərin tədqiqi üçün sürətləndiricilər və digər avadanlıq) lazımdır.



İnstitut direktoru göstərilən sahədə ölkənin kadr potensialının inkişafını layihənin vacib və ayrılmaz tərkib hissəsi hesab edir: "Nüvə texnologiyaları sahəsində kadr çatışmazlığı yaşayan ölkələr var. Məsələn, İran və Ermənistan AES-in istismarı zamanı Rusiya mütəxəssislərinin köməyinə əl atır. Azərbaycan bu məsələdə daxili və xarici imkanlardan istifadə edəcək. Bu sahədə kadr hazırlığı üzrə işlər 3-4 il əvvəl başlayıb. Ölkənin kadr potensialını qabaqcıl nüvə dövlətlərinin təcrübəsi sayəsində artırmaq, əldə edilən təcrübəni isə respublikanın tədris müəssisələri vasitəsilə inkişaf etdirmək nəzərdə tutulur. Güman edirəm ki, bu məsələ Azərbaycan üçün strateji önəm kəsb edir".



Tədqiqat nüvə reaktrorlarının təhlükəsizliyi məsələsinə gəlincə, A.Qəribov vurğulayıb ki, onlar təhlükə törətmir: "Dünyada 600-dən çox tədqiqat nüvə reaktoru fəaliyyət göstərir, onların 90 faizi universitet və akademik parkların ərazisində yerləşir".



O bildirib ki, tədqiqat nüvə reaktorlarının gücü azdır və indiyədək dünyada tədqiqat reaktorunda heç bir qəza hadisəsi qeydə alınmayıb: "Buna görə də onların ekologiyaya mənfi təsirindən danışmağın heç bir əsası yoxdur".



İnstitut direktorunun sözlərinə görə, Azərbaycanda işə salınacaq reaktor Beynəlxalq Atom Enerjisi Agentliyinin normalarına uyğun olaraq zəruri müdafiə və mühafizə sistemi ilə təmin ediləcək. "Fukusima" AES-də (Yaponiya) baş vermiş qəzadan sonra reaktorların təhlükəsizliyi məsələsi yenidən aktuallaşdı.



O deyib ki, "Fukusima" AES-də istifadə edilən reaktorların istismar müddəti təqribən 5 il olub: "Güclü iqtisadiyyatı olan, müasir, texnoloji cəhətdən inkişaf etmiş ölkə reaktordakı qəzanı aradan qaldırmaqda demək olar ki, gücsüz idi. Bunun fonunda qonşu Ermənistanda istismar müddətini başa vurmuş AES region üçün təhlükə mənbəyi olaraq qalır".



Ermənistan AES-in istismar müddətini 2016-ci ildən daha 10 il uzatmaq niyyətindədir.

A.Qəribov xatırladıb ki, Ermənistandakı AES-in istismar müddəti 2016-cı ildə başa çatır: "Əgər istismar müddəti daha 10 il uzadılsa, bu yalnız qəza riskinin saxlanılmasına xidmət edir. 9 bal gücündə zəlzələ zamanı (hətta reaktorda qəza istisna edilərsə) kommunikasiya sistemlərində problemlər yarana bilər. Hamıya məlumdur ki, Ermənistandakı AES hələ ötən əsrin 70-ci illərdə layihələndirilib. Qəza baş verərsə, Ermənistanın problemi qısa müddət ərzində aradan qaldırmağa imkanı yoxdur və problem qlobal miqyas ala bilər. 20 ton nüvə materialının partlaması region üçün ekoloji fəlakətə çevrilə bilər".



Onun sözlərinə görə, qeyd edilən məsələ üzrə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistandakı AES öz istismar müddətini başa vurmalıdır.


Teqlər:
Bu xəbər cəmi 1455 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR