Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mark Zukerberq haqqında maraqlı faktlar

Mark Zukerberq haqqında maraqlı faktlar
Hesablamalara görə, Mark Zukerberq yaşadığı hər ilə görə 1 milyard dollar qazanıb ki, bu da ali məktəbi 2-ci kursda yarımçıq qoyub öz startapı ilə məşğul olmağa başlayan gənc oğlan üçün heç də pis nəticə deyil


Dünyanın ən böyük sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Zukerberq haqqında maraqlı faktlar açıqlanıb. 

O, ilk sosial şəbəkəni 12 yaşında ikən yaradıb

Markın atasının diş müalicəsi kabineti onların yaşadığı evin 1-ci mərtəbəsində yerləşirdi. O, 1996-cı ildə atasının işini asanlaşdırmaq məqsədilə ZuckNet adlı sosial şəbəkə yaratdı. Beləliklə, Markın ailəsi evin bir otağından digərinə məktub göndərə bildilər.

O, rəngləri seçə bilmir

Facebook-un loqosunun mavi rəngdə olması heç də təsadüfi deyil. Zukerberq bu rəngi məhz ona görə seçdi ki, o, qırmızı və yaşıl rəngləri ayıra bilmir: "Mavi - mənim üçün ən dərin mənalı rəngdir. Mən onun bütün çalarlarını görə bilirəm".

O, özünü aktyor kimi də sınayıb

"Sosial şəbəkə" filmi Facebook-un yaranma tarixi haqqında məlumat almaq üçün ən asan vasitədir. Filmdə sosial şəbəkənin yaradıcısı rolunu Cessi Ayzenberq oynayıb. Lakin Mark Zukerberqin özünün də aktyorluq təcrübəsi vardır: 2010-cu ildə o, "Simpsonlar" serialının bir bölümündə öz rolunu canlandırmışdı. 

O, gələcək həyat yoldaşı ilə kollecdə ikən tanış olub

Zukerberq 2010-cu ildə ailə həyatı qurub. Onun həyat yoldaşı Prisçilla Çan uşaq həkimidir. O, Mark ilə Harvard universitetində təhsil alarkən, 2004-cü ildə tanış olub. Bu iki gəncin toyu Facebook-un səhmlərinin satışa çıxarıldığı günün səhəri baş tutmuşdu. 

O, itləri çox sevir

Toydan dərhal sonra Mark və Prisçilla "əjdaha" adlı macar çoban iti aldılar. Qeyd edək ki, itin adına açılmış facebook səhifəsinin 1,8 milyon izləyicisi var. 

O, ictimai çıxışlardan çəkinir

Qəribə təsadüfdür ki, milyonlarla insanı birləşdirmiş sosial şəbəkənin yaradıcısı tamaşaçı önündə çıxış etməkdən çəkinir. Bu, xüsusilə, bir neçə il əvvəl açıq-aşkar hiss olunmuşdu. Belə ki, 2010-cu ildə D8 konfransı zamanı Facebook-da gizlilik problemləri ilə bağlı çıxış edərkən Mark çox həyəcanlanmış və özünü itirmişdi. Sonralar Zukerberqin natiqlik bacarıqları əhəmiyyətli dərəcədə yaxşılaşsa da, onda hələ də çıxışlara qarşı sevgi yaranmayıb.

O, virtual reallığın fanatıdır

Facebook-un tədqiqatçılarından olan Din Eklizin sözlərinə görə, şirkətin menecerleri 1992-ci ildə nəşr olunmuş, amerikalı fantast yazıçı Nil Stivensonun qələmə aldığı "Uçqun" romanını ən azı bir dəfə mütləq oxumalıdırlar. Kitabda dünyada İnternet bütün kainati əvəz edir, insanlar virtual reallıqda əlaqə saxlayır, işləyir və əylənirlər. Bir müddət öncə Rift virtual reallıq şlemlərini hazırlayan “Oculus” şirkətini satın alan Markın bu ideya ilə bağlılığını təsəvvür etmək o qədər də çətin deyil. 

O, Barak Obamaya zəng edə bilər

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin istifadəçilərin kompüterlərinə giriş əldə etmək üçün Facebook-u təqlid etməsi haqqında xəbər yayıldıqdan sonra, bu məsələdən narahatlıq keçirən Zukerberq ABŞ Prezidenti Barak Obamaya zəng edib. O, Amerika hökumətinin bu addımını istifadəçilərin İnternetdə sərbəst ünsiyyətini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirərək, Prezidentə etirazını ifadə edib. Sonra isə bu barədə öz Facebook səhifəsində qeyd də yazıb. 


Teqlər:
Bu xəbər cəmi 1590 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR