Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Uzunömürlülüyün "10 qızıl qanunu”

Uzunömürlülüyün
İnsan azı 120 il ömür sürməyə qadir olsa da, reallıqda bəşəriyyətin böyük əksəriyyəti bu ərməğandan yararlana bilmir. Orta hesabla götürülən rəqəmlərə əsasən, indi planetin ən uzunömürlüləri yaponlardır. Onlar orta hesabla 79 il ömür sürürlər. Avstraliyalılar, kanadalılar, yunanlar, isveçlər orta hesabla 78, almanlar və amerikalılarsa 76 il ömür sürürlər. Ruslar və türklərdə ömür daha qısadır – 67, azərbaycanlılarda isə 65 yaşda sona çatır.


Amma bizdən də acınacaqlı vəziyyətdə olanlar var və onlarla müqayisədə bizim vəziyyətimiz xeyli nikbin görünür. Bu, cəmi 47 il ömür sürən Nigeriya və Somali əhalisidir. İnsan ömrünün uzadılması məsələsiylə məşğul olan alimlər ömrün uzunluğuna təsir edən faktorları ayırd edib məsləhətlər toplumu hazırlayıb. İnsan ömrünün uzadılmasına çalışan həkim, psixoloq və dietoloq qrupunun hazırladığı "10 qızıl qanun"a riayət etməklə ömrü xeyli uzatmaq mümkündür. Hər halda, onlar belə deyirlər.

Beləliklə, çox yaşamağın birinci sirri odur ki, mümkün qədər az yeyin. Norma 2,5 min kaloridirsə, siz cəmi 1,5 min kalori ilə kifayətlənin. Qidanızı balanslaşdırın: nə çox yeyin, nə də ki həddən artıq az.

Çalışın ki, menyunuz yaşınıza uyğun olsun. Əgər qadın mütəmadi olaraq qaraciyər və qoz yeyərsə, ilk qırışları çox gec peyda olar. 40 yaşdan yuxarı insanlara betakarotin faydalıdır. 50 yaşdan sonra kalsium lazımdır ki, sümükləriniz normada olsun, maqnium da ürəyinizi yaxşı vəziyyətdə saxlamaq üçündür. 50 yaşdan sonra balığı çox yeməklə ürəyinizi və qan damarlarınızı qoruyarsınız.

Özünüzə uyğun olan iş tapın. Fransızlar əmindirlər ki, bu, cavanlaşmaya səbəb olur. İşləməyən insan isə yaşından azı 5 il yaşlı görünür.

Həyatda öz tayınızı tapın! Məhəbbət və nəvaziş qocalıq əleyhinə ən gözəl vasitədir. Bundan başqa, hər şeyə öz baxışınız olmalıdır.

Həyatı dərk edən insanlar ümumi axarla üzənlərdən az depressiyaya uğrayır, az qüssələnirlər.

Həkimlər çox hərəkət etməyi, gündə ən azı 8 dəqiqə idmanla məşğul olmağın ömrü uzatdığını söyləyir.

Əgər uzun ömür sürmək istəyirsinizsə, sərin otaqda yaşayın. Araşdırmalardan məlum olub ki, +17, +18 dərəcəli otaqda yatanlar cavan qalırlar. Səbəb odur ki, orqanizmdəki maddələr mübadiləsi və qocalıq xüsusiyyətlərinin üzə çıxması həm də ətrafdakı hərarətdən asılıdır.

Hərdən özünüzün nazınızla oynayıb istədiyinizi edin. Sağlam həyat tərzinə dair çoxsaylı məsləhətlərin əleyhinə olsa da, bəzən dadlı yeməklər yeyin. Ürəyinizcə olan hərəkət də edə bilərsiniz.

Heç də həmişə içinizdəki hirsi boğmağa çalışmayın. İçəridən özünü "yeyən", daim özünü danlayan insanlar şiş xəstəliklərinə daha çox mübtəla olurlar, nəinki ürəyini başqalarına boşaldıb dərdini içində saxlamayanlar.

Beyninizi məşq etdirin. Krossvordlar tapın, zehni fəaliyyət tələb edən kollektiv oyunlar oynayın, xarici dillər öyrənin. Təkcə kalkulyatorda yox, həm də beyninizdə hesablama aparın. Beyni işləməyə vadar etməklə biz əqli qabiliyyətimizin iflasa uğramasının qarşısını almış oluruq.

Sonda qeyd edək ki, mütəxəssislər ömrü uzadan amilləri müəyyənləşdirərkən uzun ömür sürənlərin həyatını geniş tədqiq etmiş və digər faktorların orqanizmə təsirini öyrənmişlər.


Teqlər:
Bu xəbər cəmi 1045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR