Bu barədə Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə 21-ci Xəzər Beynəlxalq Neft və Qaz konfransında bildirib.
Onun sözlərinə görə, Tullantı mərkəzini SOCAR tikəcək, BP şikəti isə sərmayə yatıracaq və yeni qurğular quraşdıracaq.
R.Hüseynzadə bildirib ki, bu layihə üçün 4 milyard dollar sərmayə nəzərdə tutulur.
SOCAR-ın vitse-prezidenti Tullantı mərkəzinin 100 hektar ərazidə tikiləcəyini qeyd edib.
“Lay sularının yönəldilməsi, utulizasiyası ilə əlaqədar BP şirkəti ilə görüş keçirilib”.
Onun sözlərinə görə,Tullantı Mərkəzində lay sularının təmizləndikdən sonra istifadəsi üçün bir neçə variant nəzərdən keçirilir.
“Bunlar lay sularının təmizləndikdən sonra ağacların sulanması, Neft Daşlarındakı laylara buraxılması və ya dənizə yönəldilməsi variantlarından biri ola bilər. Səngəçalda lay suları da Qaradağdakı Mərkəzə yönəldiləcək”, - deyə, o əlavə edib.
O, həmçinin qeyd edib ki,bu layihə çərçivəsində BP şirkəti ilə layihə qrupu yaradılıb.