İyunun 5-də keçid ağır texnikanın köməyi ilə tamamilə uçurulub. Ərazini qurunt suları basıb. Hazırda tikinti işlərinə mane olan qurunt sularının çəkilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, uçan keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü isə 4 metr olub. Məlumat üçün bildirək ki, Su İdman Sarayının tikintisi ilə bağlı bu ərazidəki yol genişləndirilir. Burada eyni zamanda yeni yol bağlantılarının və bir neçə piyada keçidinin tikintisi aparılır.
Ümumilikdə həmin ərazidə 5 yol bağlantısının inşası həyata keçirilir. Onların nluğu 5711 metr təşkil edəcək. Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq.
Yeni yaradılacaq bağlantılardan 3-nün vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq. Su İdman Sarayı 2015-ci ildə Avropa ölkələri arasında ilk dəfə Bakıda təşkil olunacaq yay oyunlarına görə tikilir. Onun layihələndirilməsini və tikintisini Cənubi Koreyanın “Securo CO.LTD” şirkəti həyata keçirir.