Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

FHN Bayıl sürüşmə zonasında iş aparır

FHN Bayıl sürüşmə zonasında iş aparır
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli məqsədilə yerli mütəxəssislərdən ibarət işçi qrupu yaradıb Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.İşçi qrupu ilə yanaşı, bu məsələlər üzrə dünyada böyük təcrübəyə malik olan Yaponiyanın “Shinyei Kaisha Corporation” və Hollandiyanın “Vitteven Bos” şirkətlərinin ekspertləri də bu işə cəlb ediliblər.Yerli mütəxəssislər və xarici ekspertlər 800 hektar ərazidə topogeodeziya işləri aparıb, 101 geoloji və hidroloji quyu qazıb, monitorinq şəbəkəsi yaradıb, habelə 3 mərhələdən ibarət ardıcıl tədbirlər həyata keçirməyə başlayıblar. İlk olaraq, əks ağırlıq yaratmaq üçün sürüşmə sahəsinin dil hissəsində istinad divarına paralel olaraq hər birinin hündürlüyü 5 metr olan 4 terras yaradılıb. Bunun üçün əraziyə 155 min kubmetr torpaq verilib. İkincisi, yeraltı suların səviyyəsinin 3 metr aşağı düşməsi üçün sürüşmə sahəsində drenaj quyusu qazılıb. Nəticədə son 8 ay müddətində yeraltı suların səviyyəsi 95 sm enib. Dayanıqlıq faktorunun artırılması üçün T. Bağırov küçəsinin şərqində 112 metr uzunluğunda svaylardan ibarət istinad divarı yaradılıb. Hazırda 55 svay vurulub, 55 svayın vurulması planlaşdırılır. Üçüncü mərhələ çərçivəsində işlər davam edir.Bütün bu tədbirlərdən sonra Bayıl sürüşmə ərazisində stabilləşmə təmin olunacaq.

Teqlər:
Bu xəbər cəmi 1510 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR